Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:45

Araik Arutyunyan Azərbaycanın hədələrindən danışıb


Qarabağ ermənilərinin “prezidenti” kimi təqdim olunan Araik Arutyunyan
Qarabağ ermənilərinin “prezidenti” kimi təqdim olunan Araik Arutyunyan

Azərbaycan bildirib ki, əgər Xankəndi Bakının inteqrasiya siyasətini qəbul etməzsə, Qarabağın indiki problemlərini həll edilməmiş qoyacaq və “daha sərt və daha kəskin addımlar atacaq”.

Bunu Qarabağ ermənilərinin “prezidenti” kimi təqdim olunan Araik Arutyunyan martın 6-da Xankəndidə keçirdiyi iclasda deyib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun bildirir ki, sözü gedən iclasın başlanğıcında iştirakçılar martın 5-də Azərbaycan tərəfi ilə atışmada ölənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azatutyun yazır ki, Araik Arutyunyan bu iclasda martın 1-də Azərbaycan tərəfi ilə keçirilmiş görüşün bəzi təfsilatlarını açıqlayıb.

O deyib ki, ikinci görüşdə Azərbaycan nümayəndəsi siyasi mövzuları müzakirə etmək istəyib və bu zaman “inteqrasiya” sözü işlədib.

Arutyunyanın sözlərinə görə erməni tərəfi bu mövzunun müzakirəsinə etiraz edib.

Qarabağ separatçılarının lideri bildirib ki, bundan sonra Azərbaycan tərəfi öz kanalları ilə onlara mesaj verib: “ya biz inteqrasiya siyasətini qəbul edirik, ya da mövcud problemlər həll olunmayacaq, əksinə daha sərt və daha kəskin addımlar atılacaq”.

“Əgər Azərbaycanın təklifini qəbul edənlər varsa...”

Araik Arutyunyan iclasda deyib ki, təkcə separatçı rejimin rəhbərliyi yox, həm də Qarabağ ermənilərinin böyük əksəriyyəti öz müqəddəratını təyinetmə və özünüidarədən geri çəkilmək niyyətində deyil.

Bununla belə Arutyunyan Qarabağın erməni əhalisi arasında başqa rəylərin də olmasını istisna etməyib:

“Bu isə o deməkdir ki, yaxın gələcəkdə bizdə öhdəsindən gəlməli olacağımız müxtəlif hadisələr baş verəcək. Bizim seçimimiz var: ya seçdiyimiz mübarizə yolunu davam etdirmək, ya da əgər cəmiyyətdə Azərbaycanın təkliflərini qəbul etmək kimi əhval-ruhiyyələr varsa, bu adamların öz vətəndaş hüquqları çərçivəsində bunu etmək və demək imkanları var ki, “biz düzgün yol seçməmişik”. Onların imkanları var ki, belə mövqeləri formalaşdırıb ölkədə (Qarabağda – red) yeni hökumət təşkil etsinlər. Lakin biz mübarizə yolu seçdiyimizdən bizim qərarımıza hörmətlə yanaşsınlar və buna daxili siyasi rəng verməsinlər”.

Araik Arutyunyan habelə qeyd edib ki, qarşıda “uzun mübarizə yolu” var və buna görə də ərzaq və enerji təchizatı kimi məsələlər həll olunmalıdır.

Erməni sakin: 'Atəş açdıqlarına görə əkini dayandırmalı olduq'
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

Xocalıda görüş

Azərbaycan rəsmiləri martın 1-də Qarabağda erməni icmasının təmsilçiləri ilə görüşmüşdülər.

Görüş Rusiya sülhməramlı kontingentinin Xocalıdakı qərargahında keçirilmişdi.

Bu barədə rəsmi məlumatda deyilirdi:

"Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" QSC-nin mütəxəssislərindən ibarət... monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib".

Bildirildiyinə görə, görüş zamanı Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

"Təmaslar davam etdiriləcək", - məlumatın sonunda vurğulanırdı.

Amma dünən, martın 5-də Qarabağda yenidən atəşkəsin pozulması ilə bağlı qarşılıqlı ittihamlar səslənib. Hər iki tərəfdən ölən və yaralananların olduğu deyilir.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma, hələlik, iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG