Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:08

Paşinyan: Qarabağ ermənilərinin kütləvi miqrasiyası müşahidə olunmur


Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, Qarabağdan köçkün ermənilərin Ermənistandan kütləvi çıxışı müşahidə olunmur.

Noyabrın 23-də keçirilən hökumət müşavirəsində baş nazir bildirib ki, Qarabağdan çıxdıqdan sonra ilk günlərdə Ermənistandan miqrasiya edən Qarabağ ermənilərinin sayı narahatlıq doğururdu.

Paşinyan sentyabrda bu rəqəmin 3 min nəfər olduğunu bildirmişdi.

Baş nazirin sözlərinə görə hazırda vəziyyət stabilləşib.

180 min iş yeri yaradılıb

Ermənistan hökuməti Qarabağdan gələn ermənilərə həm maliyyə yardımı göstərir, həm də onları yaşayış yerləri ilə təmin edir. Bu da qeyd olunur ki, Ermənistanda daimi yaşayış yeri olmayan Qarabağ erməniləri müvəqqəti sığınacaqlarda yerlə təmin olunur.

Paşinyan hökumət müşavirəsində deyib ki, bütün çətinliklərə baxmayaraq Ermənistanda son beş ildə 180 min iş yeri yaradılıb. Beləliklə, qeydiyyatdan keçmiş iş yerlərinin sayı 730 minə çatıb.

Baş nazir deyib ki, ermənilərin Qarabağdan çıxması ilk dövrlərdə müəyyən çətinliklər yaratsa da, son nəticədə ölkə iqtisadiyyatı üçün müsbət faktora çevriləcək.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Ancaq tərəflər sülh sazişi imzalamayıb. Danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır.

XS
SM
MD
LG