Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:34

Hərbçilərin meyitləri qaytarılıb


Foto arxiv
Foto arxiv

Aprelin 10-da Ermənistan-Azərbaycan cəbhəsində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri qoşunların təmas xəttində qaytarılıb.

Məlumatı AZƏRTACəsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən yayıb.

Məlumata görə, proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib.

Amma məlumatda neçə meyitin qaytarıldığı açıqlanmır.

Bundan əvvəl tərəflər aprelin 9-u və 8-də döyüş meydanından Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in vasitəçiliyi ilə meyitlərin çıxarılmasına başlamışdılar.

​Aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində keçirilən hərbi əməliyyatlarda hər iki tərəf itki verib.

Foto arxiv
Foto arxiv

Bir neçə gün öncə Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı Azərbaycanın bu döyüşlərdə 31 hərbçi itirdiyini bildirmişdi. Amma bəzi KİV və sosial şəbəkələrdə yayılan müxtəlif siyahılarda daha çox adamın həlak olduğu iddia edilir.

Müdafiə Nazirliyi hələlik, bu iddialara rəsmi münasibət bildirməyib.

​Aprelin 5-i saat 12:00-dan, hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilsə də, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda günahlandırır.

XS
SM
MD
LG