Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:45

Britaniya şirkəti Qarabağdakı yataqlarına giriş istəyir


Dəmirli mədənin yaxınlığında separatçıların tikdiyi mis emalı zavodunun inaqurasiyası - 2015-ci il
Dəmirli mədənin yaxınlığında separatçıların tikdiyi mis emalı zavodunun inaqurasiyası - 2015-ci il

Britaniyanın Anglo Asian Mining PLC şirkətinin yüksək vəzifəli nümayəndələri BMT-yə, ABŞ Dövlət Departamentinə, Britaniya Xarici İşlər Nazirliyinə və Avropa İttifaqına ünvanlandıqları məktubda Qarabağdakı Qızılbulaq və Dəmirli mədənlərindəki legitim biznes hüquqlarının təmin olunmasında kömək istəyib.

Xəbər verildiyinə görə məktubda habelə şirkət nümayəndələrinə sözü gedən mədənlərə təhlükəsiz giriş verilməsi xahiş edilir.

Şirkət bundan əvvəl oxşar məzmunlu məktubu sözü gedən instansiyalara 2006-cı ildə göndərmişdi.

Sülhməramlıların nəzarətindəki zona

Bu da qeyd olunur ki, Azərbaycandakı əsas aktivləri ilə yanaşı Anglo Asian Mining Qarabağ bölgəsində iki kontrakt sahəsinə sahibdir.

Qızılbulaq mis-qızıl və Dəmirli mis-molibden yataqları hazırda Rusiya sülhməramlılarının nəzarətində olan zonaya düşür.

Şirkətin məktubunda deyilir ki, erməni şirkətləri bu mədənlərdə qanunsuz fəaliyyətlə məşğuldur və yataqların qanunsuz istismarını davam etdirir:

“Hazırda bu iki yataq Rusiya sülhməramlı qüvvələrinin məsuliyyəti zonasındadır, erməni şirkətləri və başqa şirkətlər mədənlərdə qızılın və başqa faydalı qazıntıların qanunsuz çıxarılması ilə məşğuldur”.

Qızıl üstündə yaşayan kasıb kəndlilər...
Gözlə

No media source currently available

0:00 0:03:09 0:00

Zəngin yataqlar

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Azərbaycan hakimiyyəti hələ 25 il bundan əvvəl Qarabağdakı bir sıra yataqların istismar hüququnu Anglo Asian Mining şirkətinə satıb.

Anglo Asian Mining PLC Mərkəzi Asiya regionunda qızıl, mis və gümüş istehsalçısıdır və Azərbaycanda da geniş istehsal portfelinə malikdir.

Azərbaycan Milli Məclisi 2022-ci ilin 5 iyulunda bu şirkətlə bağlanmış müqaviləyə dəyişiklikləri qəbul edib.

Bu dəyişikliklər şirkətə Qarabağdakı mis mədəni də daxil ümumi sahəsi 882 kvadrat kilometr olan 3 əlavə lisenziya verir.

Sovet vaxtlarının məlumatına görə Qarabağdakı mis yatağının həcmi 300 min tondur.

Xatırlatma

Dekabrın 12-dən özlərini ekoloji fəallar adlandıran bir qrup azərbaycanlı Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində aksiya keçirir.

Erməni tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər.

Etirazçıların sözlərinə görə onlar yolu bağlamayıblar və humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Aksiyaçılar bundan əvvəl Qarabağdakı qızıl və mis yataqlarına giriş verilməsini tələb edirdilər.

Bakı separatçıları və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə ittiham edib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

XS
SM
MD
LG