Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:44

'Əslində əhalinin 70 faizindən çoxu limiti keçir' [video]


Elektrik borcları gəldi, Bakı sakinlərinin çoxu limitini keçib
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Elektrik borcları gəldi, Bakı sakinlərinin çoxu limitini keçib [video]

İşıq və qaz pulunun hesablanma qaydası dəyişəndən sonra bir çox insanlar şikayətlənirlər ki, onlara əvvəlkindən xeyli artıq məbləğdə qəbzlər gəlməkdədir. Bu isə imkansız ailələrdə narazılıq yaradıb.

Sonuncu ödəniş qəbzləri sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.

Nicat Fətəliyev: "Əvvəl işığa 30, qaza 70 manat verirdik. Qaz çox yazmasın deyə elektrik sobasından istifadə etməyə başladıq. İndi işığa 90 manat, qaza 130 manat gəlib".

Samrat Ibrahimov: "Bir aya 50 manat ödədik. Əvvəl 15 manat verirdik. Zülm çəkirik".

Buna da bax:​ 'Bəs deyirdilər, kasıblara təsir etməyəcək?'

Ayxan Nəcəfli: "Dekabrın 20-də bütün borclarımızı ödədik. Dünən 238 manat borc gəlib. Elə bil restoran işlədirik".

Ötən il noyabrın 29-da Tarif Şurası işıq və qazın tariflərini dəyişib. Qazdan illik 1500 kubmetrdən çox istifadə edənlər bundan sonra daha çox - kubmetrinə 20 qəpik ödəyəcəklər.

Ayda işıqdan 300 kilovatdan çox istifadə edənlərsə kilovatına 7 qəpik deyil, 11 qəpik ödəyəcək.

Hökumət qiymət artımı zamanı bildirmişdi ki, əhalinin 65 faizdən çoxu qoyulan limitləri keçmir.

Buna da bax: Qiymət artımına 'yaşıl işıq' yandıran kimdir?

Üç nəfərlik ailədə aylıq gəlirləri 700 manatı aşmayan tərcüməçi Rüfət Əhmədoğlu deyir ki, belə görünür ki, onlar bu limiti aşıblar. Həmişə 50 manatdan çox ödəmədikləri işığa indi 84 manatlıq qəbz gəlib:

“84 manat aylıq gəlirimizin 15-20 faizidir. İşığa 84 manat versəm, digər ehtiyaclarım var. Evdə körpəm var. Onun da xərcləri qarşılanmalıdır. Başqa kommunal xərclərim var. Belə görünür, diş-dırnaq olub, dolanmalıyam. Özümə kənara atmağa heç nə qalmır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, əslində əhalinin 70 faizdən çoxu qoyulan limiti keçir. Bildirir ki, kommunal qiymətlər qaldırılarkən sosial ədalət təmin olunmayıb, əhalinin aztəminatli qismi nəzərə alınmayıb:

“Əhalinin maaşı qalxmır, lakin taariflər qaldırılır. Belə olanda ödəməkdə çətinlik çəkən vətəndaşlar gərək məhkəmələrə müraciət etsinlər. Məhkəmə müstəvisində hüquqlarını qorumağa çalışsınlar".

Buna da bax:​ Prezident: 'Kommunal tariflər qonşu ölkələrdən bir neçə dəfə aşağıdır'

“Azərişıq ASC”nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirir ki, noyabrın 30-na qədər qiymətlər köhnə tariflə hesablanıb, dekabrdansa yeni tariflərlə.

“Aylıq limiti 300 kilovatı aşanlara yeni tarif tətbiq olunur. Bu dekabrın 1-dən belə hesablanır. Heç kimdə bir qəpik belə artıq hesablana bilməz. Əgər belə bir hal varsa, göndərsinlər araşdıraq”.

Azəriqaz İstehsalat Birliyindənsə hələlik münasibət öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG