Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:12

Qazaxıstan qanunsuz sərvətin xaricdən qaytarılması qanununu qəbul edib


20 min tengelik əskinas
20 min tengelik əskinas

Qazaxıstan parlamenti iyunun 14-də “Qanunsuz əldə olunmuş aktivlərin dövlətə qaytarılması haqqında” qanunu ikinci oxunuşda qəbul edib.

Qanundan əsas məqsədin “qanunsuz əldə olunmuş aktivlərin aşkar edilməsi və Qazaxıstan xalqının hüquqlarının bərpa edilməsi, qanunun aliliyi və sosial ədalətin təmin edilməsi üçün bu vəsaitlərin ölkəyə qaytarılması” olduğu bildirilir.

Qazaxıstan Məclisinin spikeri Yerlan Koşanov AzadlıqRadiosunun Qazax xidməti Azattıkın suallarına cavab olaraq deyib ki, “hazırda ən ümdə məsələ ölkədən qanunsuz çıxarılmış aktivlərin qaytarılmasıdır”.

Qanuna görə aktivlərini könüllü şəkildə qaytaranlar üçün məsuliyyət nəzərdə tutulmayacaq.

Spikerin sözlərinə görə bu, aktivlərin ölkəyə qaytarılması prosesini sürətləndirəcək. Əks halda bu adamlar vəkil tutacaq və məhkəmələrdə müdafiə olunacaqlar.

Koşanov bunu da bildirib ki, qanunsuz aktivlərin reyestrinin tərtibinə məmurlar və dövlət orqanlarının əməkdaşlarından başqa, ictimaiyyətin də nümayəndələri daxil ediləcək.

Spikerin dediyinə görə reyestr ictimaiyyət üçün açıq olacaq.

Qeyri-şəffaf proses

Mayın 24-də Qazaxıstan parlamenti komissiyalarda işlənməsi üçün bir neçə layihə sənədi qəbul etmişdi.

Bu qanun layihələrinin hamısı “ölkədən qanunsuz çıxarılmış aktivlərin qaytarılması” barədə idi.

Yeni qanunun qəbulundan sonra ölkə Baş Prokurorluğunda “qanunsuz çıxarılmış aktivlərin qaytarılması” üzrə iş üçün xüsusi departamentin işə başlayacağı gözlənilir.

Bundan başqa qaytarılan aktivlərin toplanması və idarə olunması üçün xüsusi fondun yaradılması nəzərdə tutulub.

Bundan əvvəl Baş Prokurorluq bildirmişdi ki, indiyədək Qazaxıstana 760 milyard tenge (1,69 milyard dollar) məbləğində aktiv qaytarılıb.

Bununla belə açıq mənbələrdə bu aktivlərin kimə məxsus olması barədə məlumat yoxdur.

Hələ aprel ayında Transparency Kazakhstan ekspertləri aktivlərin qaytarılması ətrafında şəffaflığın olmamasını qeyd etmiş və bildirmişdilər ki, bu, Qazaxıstanın “Korrupsiyanın qavranması indeksindəki” yerini pisləşdirə bilər.

Əliyevin Ərdoğana verdiyi vədin indiki aqibəti: Qəhrəmanmaraşdakı mənzillərin tikintisi dayanıb?
Gözlə

No media source currently available

0:00 0:05:06 0:00

“Qanuni oğurluq limiti”

“Qanunsuz çıxarılmış sərvətin qaytarılması” haqqında qanun layihəsi bundan əvvəl dəfələrlə tənqid olunub.

İctimai fəallar bildirirlər ki, qanun layihəsində çoxlu “boşluqlar” və “dəlmə-deşiklər” var.

Onlar bu layihədə xüsusilə də 45 milyard tengedən (100 milyon dollar) artıq vəsaitin qanunsuz sayılması barədə müddəanı tənqid edərək onu “oğurluq üçün limit” adlandırırlar.

Ölkədə baş vermiş qanlı yanvar hadisələrindən sonra prezident Kasım-Jomart Tokayev dəfələrlə bildirib ki, ölkə sərvətinin böyük bir hissəsini dar bir çevrəyə daxil adamlar mənimsəyib.

Bəzi ekspertlər aktivlərin xaricdən qaytarılmasını kapitalın yenidən bölüşdürülməsi kampaniyasının bir hissəsi hesab edirlər.

Tax justice network təşkilatının məlumatına görə son 25 ildə Qazaxıstandan xarici ofşorlara 140-160 milyard dollar köçürülüb.

Bəzi ekspertlər bu məbləğin reallıqda daha çox olduğunu iddia edirlər.

XS
SM
MD
LG