Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:11

“Bir qurum buxovlayır, digəri məhdudlaşdırır...”


►Qubad İbadoğlu iqtisadiyyatın çöküş səbəblərindən söz açır

Bu ilin yanvar-mart aylarında ölkədə 12 milyard 588,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrüylə müqayisədə 3,5 fazi az ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

ÜDM-də azalma, əslinə baxsan, ötən ilin əvvəlindən başlanmışdı. Sadəcə, hökumət onun real artımını qabardır və beləcə, nominal azalmanı arxa planda saxlayırdı. Heç şübhəsiz, neftin ucuzlaşması bu azalmanı şərtləndirən ciddi təsirlərdən biridir. Düzdür, bəzi ekspertlərin fikrincə, bunda hökumətin monetar və maliyyə siyasətinin də rolu var.

AzadlıqRadiosuna danışan iqtisadiyyat professoru Qubad İbadoğlu obyektiv və subyektiv səbəblərə toxunur.

“Mərkəzi Bank... alıcılıq qabiliyyətini və işgüzar fəallığı aşağı salıb”

Ekspert deyir ki, dövriyyədəki manat kütləsini məhdudlaşdıran və buxovlayıcı monetar üsullara, eləcə də inzibati tənzimləmə vasitələrinə üstünlük verən Mərkəzi Bank (MB) heç bir iqtisadi məntiqlə izah olunmayan məzənnə siyasəti yeridir:

“MB iqtisadiyyatda manat qıtlığı yaradaraq yeni durum formalaşdırıb. Bu durumla infliyasiyanı cilovlamağa çalışan MB indiki siyasəti ilə alıcılıq qabiliyyətini və işgüzar fəallığı aşağı salıb. Beləcə, ÜDM-in artımını da buxovlayıb və yeritdiyi siyasətlə onun azalmasını təmin edib”.

___________________________________________________________

Bunlara da bax:
Erməni general istefa verir: "Adımın Əliyevlə eyni siyahıda..."
“Neftin qiymətini dirçəltmək” cəhdi baş tutmadı

___________________________________________________________

“Bunun da başlıca səbəblərindən biri...”

Qubad İbadoğlu
Qubad İbadoğlu

Q. İbadoğlunun fikrincə, dövlət büdcəsi xərclərinin icrasını birinci rübdə 73 faizə endirən Maliyyə Nazirliyinin məhdudlaşdırılmış fiskal siyasəti zərərlidir:

“Bu, bir tərəfdən büdcənin istehlak yönünün gücləndirilməsinə xidmət edir, digər tərəfdən də dövlət xərclərinin süni azaldılması hesabına işgüzar fəallığın azaldılmasına”.

Onun qənaətinə görə, istər Maliyyə Nazirliyi, istərsə Mərkəzi Bank gözə yaxşı görünməkdən ötrü manatı süni şəkildə möhkəmləndirməyə və büdcədə profisit formalaşdırmağa çalışır:

“Onların hər ikisi indiki yanlış siyasətlə ÜDM-in azalmasını şərtləndirir və böhranı dərinləşdirirlər. Bunun da başlıca səbəblərindən biri ölkədə Nazirlər Kabineti adlı strukturun kordinasiyaedici funksiyasını yerinə yetirməməsi, kompleks və əlaqələndirilmiş proqramın olmamasıdır”.

Buna da bax: Füzulidə «can dərmanı» axtarışı

Füzulidə «can dərmanı» axtarışı
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

Həmçinin dinlə: Əcnəbilər nədən Şah İsmayıla «qoçqapan» və «vunderkind» deyiblər? ("İz" proqramı)

XS
SM
MD
LG