Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:37

“İcra başçısı evimin yerində obyekt tikmək istəyir”


İllüstrasiya
İllüstrasiya

►“Tələb etdim ki, torpağımdan əl çəksin, mənə cinayət işi açdırdı”

“3 ildir ki, torpağımı şəxsən icra başçısının göstərişi ilə əlimdən alıblar, üstündəki tikilini söküblər. Məqsəd də odur ki, başçı mənim torpağımda obyekt tikmək istəyir”.

“BÜTÜN SƏNƏDLƏRİM VAR”

Qusar sakini Hacımirzə Ağamirzəyev 5 otaqlı mənzilinin icra hakimiyyəti başçısı Şair Alxasov tərəfindən qanunsuz söküldüyünü iddia edir:

“Samur qəsəbəsində, gömrük-keçid məntəqəsinin yaxınlığında 46 sot torpaq sahəm var. Sənədləri də qaydasındadır. Həmin sahədəki evi icra başçısı kommersiya obyekti tikməkdən ötrü məhkəmə qərarı olmadan sökdürüb”.

Onun sözlərinə görə, evinin sökülməsi ilə bağlı dəfələrlə icra başçısı Şair Alxasovun qəbulunda olub:

“Tələb etdim ki, torpağımdan əl çəksin, yoxsa məhkəməyə verəcəm, mənə cinayət işi açdırdı. Məni Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə təqsirləndirib işimi məhkəməyə verdilər. Guya mən torpaq sahəsini zəbt etmişəm. 3 il başımı məhkəmələrlə qatdı. Ancaq sağ olsun hakim Telman Məmmədov, 3 il başçının təzyiqi ilə davam edən məhkəmə prosesinin sonunda mənə bəraət hökmü çıxartdı. Çünki həmin torpağa görə bütün sənədlərim var”.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“ÖZÜ ÖZ OBYEKTİNİ SÖKÜB”

Qusar rayon icra hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov “İnter.az” saytınaaçıqlamasında ərazidəki tikilinin vətəndaşın özü tərəfindən söküldüyünü deyir. O, sökülən tikilinin mənzil yox, obyekt olduğunu söyləyir:

“Bir çox vətəndaşın, o cümlədən də bu vətəndaşın obyekt tikintisi üçün nə torpaq sənədi, nə də tikintiyə razılığı olmayıb. Tikililər özbaşına olub. Kimisi özü söküb, kimisi də fasadını normal vəziyyətə gətirməklə yenidənqurma işləri aparıb. Bu vətəndaş da özü öz obyektini söküb. Bir neçə ay sonra şikayət etməyə başlayıb ki, guya obyekt qanunsuz sökülüb”.

İcra başçısının müavini deyib ki, vətəndaşın narazılığı varsa, məhkəməyə müraciət edə bilər.

Elə hüquqşünas Fuad Hüseynov da mövcud durumda Hacımirzə Ağamirzəyevin məhkəməyə müraciətini düzgün hesab edir.

Buna da bax:

Bayram yarmarkası... Çoxu narazıdır...
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

XS
SM
MD
LG