Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:17

Rayonların "maliyyə müstəqilliyi" sadə sakinlərə nə vəd edir?


Azərbaycanda 33 rayon və şəhər 2017-ci ildən xərclərini öz gəlirləri hesabına təmin edəcək.

2017-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 10,6 faiz təşkil edəcək.

Gələn ilin büdcə layihəsinə görə, yerli gəlirləri öz hesabına təmin edəcək rayon və şəhərlərin sayı 33-ə çatdırlıb. Bunun həmin rayonlarda yaşayan sadə əhaliyə mümkün təsirləri necə olacaq?

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, 82 saylı Ağcabədi seçki dairəsindən deputat olan Tahir Rzayev deyir ki, artıq bəzi rayonlar özlərini maliyyələşdirə bilirlər.

Deputatın sözlərinə görə, “bazar iqtisadiyyatı şəraitində yaşayırıqsa, hər bir rayon özü-özünü saxlamalıdır”.

Tahir Rzayevin fikrincə, rayonlarda yaradılan sənaye müəssisələri imkan verir ki, rayon özü-özünü maliyyələşdirsin:

Tahir Rzayev: Bazar iqtisadiyyatında hər bir rayon özü-özünü saxlamalıdır
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin deputatı Fəzail İbrahimlinin fikrincə bu qərar həmin rayonların məsuliyyətini artıracaq.

Deputat deyir ki, rayonlar hazır büdcədən dolanmaq hesabına yox, “özləri zəhmət çəkmək hesabına yaşamağı öyrənəcəklər”.

Fəzail İbrahimli: Rayonlar özləri zəhmət çəkmək hesabına yaşamağı öyrənəcəklər
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00

İqtisadçı ekspert Rövşən Ağayev isə deyir ki, söhbət dotasiyaların ləğv olunmağından getmir. Onun sözlərinə görə bu ilk baxışdan belə görünsə də, əslində belə deyil. Ekspertin fikrincə dotasiyanın ləğvi üçün rayonun gəlirləri xərclərini üstələməlidir. Amma reallıqda belə rayon yoxdur.

Rövşən Ağayev deyir ki, dotasiyadan azad olunan 33 rayona baxdıqda məlum olur ki, gəlirlər lazım olan səviyyədə artmayıb.

Sadəcə, son iki ildə xərclərin bəzi hissələri yerli icra hakimiyyətlərindən alındığından onların azalması prosesi baş verib.

Rövşən Ağayev: Bu dotasiyanın kəsilməsi yox, xərclərin azaldılmasıdır
Gözlə

No media source currently available

0:00 0:05:45 0:00
Direct-ə keçid

XS
SM
MD
LG