Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:48

Rusiyada AzadlıqRadiosu-nun daha 3 vebsaytı bloklanır


Tacik xidmətinin rusdilli saytı
Tacik xidmətinin rusdilli saytı

Ukraynaya qarşı müharibə başlayandan sonra ölkədə qəbul edilmiş qanunlar orduyla bağlı “saxta informasiya” yaymağı kriminallaşdırıb

Rusiyanın media tənzimləyicisi “Roskomnadzor” AzadAvropa/AzadlıqRadiosu-nun Orta Asiya xidmətlərinin rusdilli vebsaytlarını da boklayıb. AzadlıqRadiosu-nun Prezidenti Ceymi Flay bu addımı pisləyib.

Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayandan ölkədə media və informasiya məkanını da sıxışdırır. Kreml müharibə sözünü işlətməyi yasaqlayıb, “xüsusi hərbi əməliyyat” terminini tövsiyə edir. Qadağalar həm yerli, həm də beynəlxalq media orqanlarını hədəfə alıb.

Kremlin Rusiyaya tətbiq edilən sanksiyalar və ölkənin təcrid olunması ilə bağlı təbliğatı
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Rusdilli əhali və Rusiyada yaşayıb işləyənlər

“Mediazona” müstəqil media orqanı AzadlıqRadiosu-nun qazax (Radio Azattyq), tacik (Radio Ozodi) və türkmən (Radio Azatlyk) xidmətlərinin vebsaytlarının qadağan siyahısına salındığını xəbər verir.

Məhdudiyyətlər martın 26-dan qüvvəyə minib.

“AzadlıqRadiosu-nun Orta Asiyadakı izləyicilər üçün rusdilli vebsaytları Orta Asiyada rusdilli əhali və Rusiyada yaşayan və işləyənlərə xəbər və informasiyanın çatdırılmasında vacib rol oynayır. Onlar indi Kremlin Ukraynadakı dağıdıcı müharibə barədə hər cür informasiyanı biabırçı şəkildə senzura etmək cəhdilə üzləşiblər. Biz kontentimizi senzuradan keçirməyəcək, 27 dilin hamısında izləyicilərə həqiqəti söyləməyə davam edəcəyik”, – Flay bəyanatında vurğulayıb.

Mediazona da saysız media orqanları kimi bu ayın əvvəlində Rusiyada bloklanıb. Hakimiyyət AzadlıqRadiosu, BBC, digər media orqanlarının hökumətin kursunu dəstəkləmədiyini deyir.

Fəaliyyətini dayandıran media orqanları

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibəsini “demilitarizasiya”, “denasifikasiya” ilə izah edir.

Müharibə başlayandan sonra ölkədə qəbul edilmiş qanunlar orduyla bağlı “saxta informasiya” yaymağı kriminallaşdırıb.

BBC, CNN, Bloomberg, CBS, German ARD və ZDF Rusiyadan xəbər verməyi dayandırıblar. BBC və ARD sonradan yenidən açılıb.

“Roskomnadzor” martın 27-də Almaniyanın Bild tabloyduna girişi də məhdudlaşdırıb. Qurum bir sıra sosial media platformalarını da bloklayıb.

Martın 21-də Moskva məhkəməsi Facebook və Instagram şəbəkələrinin təsisçi şirkəti Meta-nı “ekstremist təşkilat” elan edib.

XS
SM
MD
LG