Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:02

Rusiya Ukraynaya müddətli əsgərləri göndərdiyini etiraf edib


Rusiyada bir qrup çağırışçı (Arxiv fotosu)
Rusiyada bir qrup çağırışçı (Arxiv fotosu)

Bundan əvvəl, Rusiya rəsmiləri, o cümlədən Vladimir Putin döyüşlərdə yalnız müqavilə imzalamış peşəkarların iştitak etdiyində israr edirdilər

Rusiyanın Müdafiə Nazirliyi Ukrayna müharibəsində müddətli hərbi xidmətdə olan əsgərlərin iştirakını etiraf edib.

Onlardan bəzilərinin Ukraynada əsir düşdükləri də xəbər verilmişdi.

Rusiya Müdafiə Nazirliyi bütün bu kateqoriyadan olan əsgərlərin “demək olar hamısının” Ukraynadan çıxaırldığını bidlirir.

Müddətli xidmətdə olanların müharibədə iştirak edən hissələrdə “aşkar olunmasını” martın 9-da Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov da demişdi.

Bundan əvvəl, Rusiya rəsmiləri, o cümlədən Vladimir Putin döyüşlərdə yalnız müqavilə imzalamış peşəkarların iştitak etdiyində israr edirdilər.

Putin prokurorluğa tapşırıb

Kremlin sözçüsü Dmitri Peskov demişdi ki, Rusiyanın “xüsusi əməliyyat” adlandırdığı müharibədən əvvəl bütün komandirlərə müddətli əsgərlərin Ukrayna ərazisində istənilən əməliyyata qətiyyən cəlb edilməməsi barədə tapşırıq verilmişdi.

O deyib ki, belə haların baş verdiyini eşidən Putin yeni bir sərəncam verib.

Putin deyib ki, baş hərbi prokurorluq belə halların niyə baş verdiyini araşdırmalı və buna yol vermiş vəzifəli şəxsləri cəzalandırmalıdır.

Rusiya ordusu habelə ilk dəfə olaraq rusiyalı hərbçilərin Ukraynada əsir düşdüklərini etiraf edib.

Zorla müqaviləli

Əvvəllər Rusiya rəsmiləri belə xəbərləri ya şərh etmir, ya da təkzib edirdilər.

İndi isə bunu etiraf edən rəsmilər, əsir düşənlərin sayı haqqında heç nə demirlər.

İddia olunur ki, hakimiyyət əsirlərin geri qaytarılması və müddətli əsgərlərin hərbi əməliyyatlara cəlb edilməməsi üçün əlindən gələni edir.

Ukraynaya hücumdan sonra Rusiya əsgər anaları komitəsi bildirmişdi ki, müddətli xidmət əsgərləri əvvəlcə Ukrayna sərhədinə gətirilmiş, burada isə müqavilə imzalamağa məcbur edilmişdilər.

Ukrayna polisi oğlu ilə vidalaşır
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00

Rəqəmləri yoxlamaq çətindir

Ukrtayna tərəfi rusiyalı əsirlər barədə videolar yayır. Bu videolarda əsgərlər onlara əsl müharibədə iştirak edəcəkləri barədə xəbərdarlıq olunmadığını deyirlər.

İndi ən azı müharibə bitənədək kimlərə zorla müqavilə imzaladılması bilinməyəcək.

Rusiya ordusu əvvəlki kimi yenə də bu müharibədəki itkilərinin sayını açıqlamır. Ötən həfət Müdafiə Nazirliyi 498 Rusiya hərbçisinin həlak olduğunu bildirmişdi.

Ukrayna tərəfi indiyədək 12 mindən çox Rusiya hərbçisinin həlak olduğunu təxmin edir.

Kiyev habelə 2 minədək rusiyalı əsirin olduğunu iddia edib.

AzadlıqRadiosu münaqişələrdə adətən tərəflərin, biri digəri haqqında şişirdilmiş məlumatlar verdiyini bildirir.

Rəsmilərin verdiyi rəqəmləri müharibə şəraitində dəqiqləşdirmək son dərəcə çətindir.

XS
SM
MD
LG