Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:38

Norveç miqrantları Rusiyaya deportasiya edir


Migrantlar Norveçə velosipedlərlə gəlmilşdilər
Migrantlar Norveçə velosipedlərlə gəlmilşdilər

Daha 5500 miqrantın Rusiyaya deporatsiya ediləcəyi gözlənilir. Onların əksəriyyəti Norveçə Rusiyanın arktik sərhədini velosipedlərlə keçərək gəlib.

Norveç yeni qaydalara uyğun olaraq 13 miqrantı avtobusla Rusiyaya deportasiya edib.

Xəbər verilir ki, bu, minlərlə miqrantı əhatə edəcək deportasiyaların başlanğıcıdır.

Daha 5500 miqrantın Rusiyaya deporatsiya ediləcəyi gözlənilir. Onların əksəriyyəti Norveçə Rusiyanın arktik sərhədini velosipedlərlə keçərək gəlib.

Ötən il minlərlə miqrant Norveç qanunlarındakı boşluqdan istifadə edərək ölkəyə velosipedlərlə gəlmişdi

Norveç hələ noyabr ayında bəyan etmişdi ki, miqrantların “təhlüekəsiz” sayılan ölkələrə deportasiyasına başlayacaq.

İlk deportasiya avtobusu Kirkenesdəki qaçqın sığınacağından yola salınıb.

Norveç bundan əvvəl miqrantları velosipedlərlə göndərməyi planlaşdırırdı, çünki Rusiyadakı qaydalar adamların sərhəd üzərindən maşınlarda keçirilməsinə yol vermirdi. Bu qaydalar adamların sərhədi həmçinin piyada keçmələrini qadağan edirdi.

Ötən il minlərlə miqrant Norveç qanunlarındakı boşluqdan istifadə edərək ölkəyə velosipedlərlə gəlmişdi.

Əksəriyyət Suriyadandır

Miqrantlardan əksəriyyətinin Suriya qaçqınları olduğu xəbər verilib.

Moskva pasportlarında Rusiya vizası olanların avtobuslarla geri göndərilməsinə razılıq verib.

Norveç sərhədində atılmış qaçqın velosipedləri
Norveç sərhədində atılmış qaçqın velosipedləri

Norveç televiziyasının verdiyi məlumata görə 13 miqrantı daşıyan avtobus Rusiya ərazisinə keçən kimi Murmansk hava limanına göndərilib.

Norveç miqrasiya polisi bildirib ki, deportasiya olunanların hamısının pasportlarında Rusiya vizaları olub.

Polis bəyan edib ki, Norveç deportasiyanı davam etdirəcək, qaçqınların sonrakı taleyi isə Rsuiyanın problemidir.

Ötən həftə sonu Norveçin müxtəlif yerlərindəki düşərgələrdən 70-dək miqrant deportasiya olunmaq üçün Kirkenes mərkəzinə gətirilib. Bu mərkəz Rusiya sərhədinin 8 kilometrliyində yerləşir.

Qaçqınlar aclıq aksiyası keçirirlər

Norveç mediasının xəbərlərinə görə deportasiya ediləcəyindən qorxan 40-dək miqrant Vadsodakı sığınacaqdan qaçıb.

5500 miqrantın Rusiyaya deporatsiya ediləcəyi gözlənilir

Bəzi xəbərlərdə deyilir ki, Kirkenesdə deportasiyaya etiraz edən bir qrup miqrant aclıq aksiyasına başlayıb.

Oslo bildirir ki, 2015-ci ilin ikinci yarısında 5500 nəfər Kirkenes məntəqəsində sərhədi keçərək Norveçə sığınıb.

Onların hamısının pasportlarında Rusiyada qalmaq üçün daimi və ya müddətli vizalar var.

İnsan haqları təşkilatları Norveçin qaçqınları zorla deportasiya etməsini kəskin tənqid atəşinə tutublar.

Onlar bildirirlər ki, Rusiya deportasiya üçün “təhlükəsiz ölkə” sayıla bilməz.

Norveç Avropa İttifaqının üzvü olmasa da, Şengen zonasına daxildir.

XS
SM
MD
LG