Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:44

Rusiya Ukraynanın şərqində ağır itkilər verib (Video)


Vuhledar şəhəri
Vuhledar şəhəri

Moskvayönlü mənbələr Rusiya ordusunun Donetsk vilayətində Vuhledar şəhəri üzərinə hücumunun son dərəcə uğursuz olduğunu xəbər verirlər.

Burada Rusiya qüvvələrinin onlarca tank və zirehli texnika, onlarca, bəlkə də yüzlərcə canlı qüvvə itirdiyi bildirilir.

Donetskdə rusiyayönlü separatçıların keçmiş komandanı İqor Strelkov “rusiyalıları sanki tirdəki kimi güllələyirdilər” yazıb.

Rusların Uqledar adlandırdıqları Vuhledar şəhəri üzərinə Rusiya ordusunun hücumu ötən avqust ayından başlanıb.

Müharibədən əvvəl 14 minlik əhalisi olan şəhər hazırda döyüş meydanıdır. Ukrayna ordusu 6 aydır ki, şəhəri rusiyalıların hücumlarından müdafiə edir.

Rusiya ordusunun uğursuz hücumunu əks etdirən videoları Ukrayna mənbələrinin ardınca Rusiya mənbələri də yaymağa başlayıblar.

Xəbər verilir ki, fevralın 6-da başlanan hücum Rusiya ordu birləşməsinin darmadağın edilməsi ilə başa çatıb.

Videolardan döyüşdə 30 ədəd zirehli texnika, o cümlədən 15-dək tank itirildiyi görünür.

Strelkov onlarca tankçının həlak olduğunu bildirir. Onun sözlərinə görə dəniz piyadaları, xüsusi təyinatlılar və motoatıcılar daha çox itkiyə məruz qalıblar.

Sakit okean donanmasının əsgərləri

Vuqledar üzərinə hücumu Rusiyanın 155-ci və 40-cı əlahiddə dəniz piyadaları briqadaları həyata keçirir.

Bu briqadalar rəsmən Sakit okean donanmasının tərkibinə daxildir.

Cəbhənin bu hissəsində onların hücumunu Ukraynanın 72-ci əlahiddə qvardiya briqadası dəf edirdi.

Vuqledar ətrafında Rusiya qoşunlarının daha bir ağır məğlubiyyətindən yanvar ayında Avstriya hərbi təhlilçisi Tom Kuper yazmışdı.

Gerasimov tənqid olunur

Bu da xəbər verilir ki, Rusiya ordusunun ağır itkiləri ilə bağlı Rusiyanın hərbi teleqram kanallarında hərbi rəhbərliyin kəskin tənqid olunduğu görünür.

Rəhbərlik hücuma hazırlıqsız, radioelektron boğucuları olmadan başlamaqda, canlı itkilərə biganə münasibətdə ittiham olunur.

Bu da qeyd olunur ki, hazırda teleqram kanallarında Vuhledar istiqamətində gedən döyüşlərə komandirlik edən zabitləri tənqid edən müəlliflərdən bəziləri, bundan əvvəl Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimovun Ukraynadakı qoşun birləşmələrinə komandan təyin olunmasını pisləyirdilər.

Müəlliflərdən bəziləri yazırlar ki, Vaqner özəl hərbi şirkətinin muzdluları daha effektli döyüşürdülər.

Amma vaqnerçilər də avqustdan bəri Baxmut şəhərini ələ keçirmək üçün uğursuz cəhdlər göstərirlər.

XS
SM
MD
LG