Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 05:14

Tərəfdarları Saakaşvilinin azad olunmasını tələb edirlər


Əllərində Gürcüstan bayraqları olan Saakaşvili tərəfdarları oktyabrtın 4-də Rustavidəki həbsxananın qarşısına toplaşıblar
Əllərində Gürcüstan bayraqları olan Saakaşvili tərəfdarları oktyabrtın 4-də Rustavidəki həbsxananın qarşısına toplaşıblar

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Saakaşvilinin Rusitavi təcridxanasında saxlandığını bildirib

Tərəfdarları Saakaşvilinin azad olunmasını tələb edirlər

Gürcüstanda hakim Gürcü Arzusu partiyasının bələdiyyə seçkilərində inamlı qələbə qazandığı bir vaxtda keçmiş prezident Mixeil Saakaşvilinin tərəfdarları Rustavi həbsxanasının qarşısına toplaşaraq onun azad olunmasını tələb edirlər.

Müxalif Vahid Milli Hərəkat partiyasının təsisçisi olan Saakaşvilinin həbs olunduğu gündən etiraz aclığı keçirdiyi bildirilir.

Əllərində Gürcüstan bayraqları olan Saakaşvili tərəfdarları oktyabrtın 4-də Rustavidəki həbsxananın qarşısına toplaşıblar.

Keçmiş prezidentin vəkili TASS agentliyinə deyib ki, Saakaşvili aclıq aksiyasını azad olunanadək davam etdirmək əzmindədir.

Bu arada ABŞ Dövlət Departamenti bildirib ki, Gürcüstanda baş verənləri diqqətlə izləyir. Vaşinqton Tbilisini Saakaşvili ilə ədalətli davranışa çağırıb.

Saakaşvili oktyabrın 1-də mühacirətdən Gürcüstana qayıdıb.

O 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub. Saakaşvili 2018-ci ildə Gürcüstan məhkəməsi tərəfindən qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

Mixeil Saakaşvili Rustavi həıbsxanasındadır
Mixeil Saakaşvili Rustavi həıbsxanasındadır

Həbsxana və daha sonra deportasiya

O prezident olduğu dövrdə müxalifət siyasətçisinin döyülməsinə dair faktları ört-basdır etməkdə ittiham olunurdu.

Saakaşvili ittihamları rədd edir.

Baş nazir İrakli Qaribaşvili oktyabrın 3-də demişdi ki, Saakaşvili ona kəsilmiş cəza müddətini tam çəkdikdən sonra Ukraynaya deportasiya ediləcək.

Saakaşvili vaxtilə Ukraynada bir neçə vəzifələrdə olub. O bir müddət Odessanın qubernatoru idi. Saakaşvili hazırda Ukrayna Milli İslahat Şurasına başçılıq edir.

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Saakaşvilinin azad olunması üçün şəxsən əlindən gələni edəcək.

Mixeil Saakaşvili Ukrayna vətəndaşıdır.

***

Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin saxlanmasından narahatlıq bildirib.

Bu barədə məlumatı Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov verib:

"Ukrayna Gürcüstan tərəfindən Ukrayna vətəndaşının barəsində belə bir addım atılmasının izahını gözləyir”.

Özünün Facebook səhifəsindəki növbəti postlardan birində Saakaşvili Ukrayna deputatı Yelizaveta Yasko ilə münasibətləri barədə məlumat verib:

"Biz Liza ilə bəyan etməyi qərara aldıq ki, birlikdəyik, yeni həyat, yeni ailə başlayırıq”.

***

Gürcüstanın hakimiyyət orqanları keçmiş prezident Mixeil Saakaşvilinin Gürcüstanda həbs olunduğunu bildirib.

O özü bundan əvvəl Gürcüstanda “bələdiyyə seçkiləri ərəfəsində vətənə döndüyünü” elan etmişdi.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Saakaşvilinin Rusitavi təcridxanasında saxlandığını bildirib.

Gürcüstan Daxcili İşlər Nazirliyinin yaydığı videoda əlləri qandallı Saakaşvilinin güldüyü görünür.

Öz ölkəsində məhkum edilmiş keçmiş prezident son illərdə Ukraynada yaşayırdı.

Saakaşvili bu həftənin əvvəllərində həbs təhlükəsinə baxmayaraq “vətənini xilas etmək naminə” Gürcüstana gedəcəyini bildirmişdi.

Saakaşvili ona qarşı ittihamları siyasi motivli hesab etdiyini bildirib.

Qaribaşvili mətbuat konfransında keçmiş prezidenti “cinayətkar” adlandırıb:

“Mən ictimaiyyətə məlumat vermək istəyirəm ki, Gürcüstanın üçüncü prezidenti, axtarışda olan Mixeil Saakaşvili saxlanıb”.

Gürcüstanın hüquq-mühafizə orqanları Saakaşvilinin hərəkətləri barədə məlumata malik olduqlarını bildirsələr də, o Gürcüstana gələnədək bundan xəbər tuta bilməyiblər.

Rəsmilər israr edirdilər ki, Saakaşvili Gürcüstan ərazisinə daxil olmayıb. Hakim Gürcü Arzusu partiyası Saakaşvilini öz qayıdışı barədə saxta məlumat verməkdə ittiham etmişdi.

AzadlıqRadiosunun Ukrayna xidməti Saakaşvilinin Kiyevin Borispol hava limanından uçmadığını bildirmişdi.

***

Hakim Gürcü Arzusu partiyası Saakaşvilini qayıtmasına dair saxta məlumat yaymaqda suçlayıb.

Parlamentin spikeri Mamuka Mdinaradze Saakaşvilini “fırıldaqçı” adlandırıb.

“Batumidən gecə vaxtı yayılmış videonun hamısı saxtadır, bu daha bir təlxəklikdir”, – partiyanın digər rəsmisi Givi Mikanadze deyib.

***

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili artıq ölkəsinə qayıtdığını bildirir. Siyasətçi Facebook sosial şəbəkəsində “Sabahın xeyir, Gürcüstan. Artıq Gürcüstandayam, səkkiz ildən sonra” sözlərini yazıb.

“2-də seçkiyə getməli, 3-də isə yığışmalıyıq. Biz Rustavelli prospektini, Azadlıq meydanını doldurmalıyıq”, – Saakaşvili deyib.

AzadlıqRadiosu-nun Gürcüstan xidməti Daxili İşlər Nazirliyinin (DİN) Saakaşvilinin artıq ölkədə ola bilməsi haqda şərh vermədiyini yazır.

DİN-dən RİA Novosti agentliyinə Saakaşvilinin dövlət sərhədini keçmədiyini deyiblər.

Saakaşvili oktyabrın 2-də Gürcüstana gedir
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

“‘Milli hərəkat’ xoşunuza gəlmirsə...”

Keçmiş prezident oktyabrın 2-də axşam Kiyevdən Tbilisiyə qayıdacağını deyirdi. Sabah (oktyabrın 2-də) Gürcüstanda bələdiyyə seçkiləri keçiriləcək.

Saakaşvili əhalini müxalifətin “Milli hərəkat”ına səs verməyə çağırıb. “Heç bir halda (keçmiş baş nazir Bidzina) İvanişvili, yaxud (keçmiş daxili işlər naziri və baş nazir Georgi) Qaxariyaya, yaxud onların satelitlərinə səs verməyib. ‘Milli hərəkat’ xoşunuza gəlmirsə, nisbətən təmiz və kiçik partiyalara səs verin”, – o deyib.

Gürcüstan hakimiyyəti qiyabi məhkum edilmiş Saakaşvilinin gələn kimi dərhal həbs olunacağını bildirib.

Müxalifətin “Qanun və ədalət” partiyasının sədri, parlamentin üzvü Tako Çarkviani deyib ki, Saakaşvilinin ölkəsinə dinc qayıdışı üçün təsis olunmuş təşkilatda 100 mindən çox insan qeydiyyatdan keçib.

Cinayət işləri

Gürcüstanın üçüncü prezidenti iki iş üzrə qiyabi məhkum edilib. Bankir Sandro Girqvlianinin qətli işi üzrə üç il azadlıqdan məhrum edilib. Deputat Valeri Gelaşvilinin döyülməsi işi üzrə isə altı il həbs cəzası alıb. Hələ iki iş üzrə hökm çıxarılmayıb. Onlardan biri 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, digəri isə xüsusi təyinatlıların “İmedi” televiziyasına basqını ilə əlaqədardır. Üstəlik, məhkəmə 9 milyon larilik büdcə vəsaitinin mənimsənilməsi üzrə də qərar çıxarmayıb.

Saakaşvili bütün işləri siyasi motivli adlandırır. O, 2013-cü ildə, ikinci prezidentlik müddəti bitəndən sonra Gürcüstanı tərk edib.

Keçmiş prezident 2015-ci ildə Ukrayna vətəndaşlığı alıb, Ukraynanın keçmiş prezidenti Petro Poroşenko onu Odessa vilayətinin başçısı təyin edib. İki ildən sonra iki siyasətçinin münasibətləri pisləşib və Ukrayna prezidenti onun vətəndaşlığını alıb. Saakaşvilinin Ukrayna ərazisinə girişi 2021-ci ilədək qadağa olunmuşdu. Volodimir Zelenski prezident seçilən kimi qadağanı qaldırıb.

Bu il mayın 7-də Saakaşvili Ukraynanın İslahatlar Komitəsinin başçısı təyin olunub. Ancaq bu vəzifədə heç yarım il işləməyib.

Gürcüstan Paşinyan ilə Əliyevi görüşdürə biləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:05:27 0:00

Xatırlatma

Gürcüstanda hakim Gürcü Arzusu partiyası ilə Saakaşvilinin dəstəklədiyi müxalifət arasında gərginlik var. Müxalifət ötən ilki parlament seçkilərinin saxtalaşdırıldığını deyir.

Beynəlxalq müşahidəçilər isə həmin seçkinin rəqabətli keçdiyini, fundamental azadlıqlara hörmətlə yanaşıldığını bildirirlər.

Gürcü Arzusu Avropa Birliyinin vasitəçiliyi ilə müxalifətlə əldə olunmuş siyasi razılaşmanı ləğv edib. Hakim partiya bələdiyyə seçkilərində azı 43 faiz səs yığmayacağı halda erkən parlament seçkiləri keçirməyə razılaşıb.

XS
SM
MD
LG