Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:42

S.Sarkisian Qarabağ münaqişəsinin hər an alovlana biləcəyini deyir


Arxiv fotosu: Ermənistan prezidenti Serzh Sarkisian işğal altında olan Qarabağda torpaqlarında, səngərdə.
Arxiv fotosu: Ermənistan prezidenti Serzh Sarkisian işğal altında olan Qarabağda torpaqlarında, səngərdə.

-

Ermənistan prezidenti deyib ki, “İndiki şəraitdə danışıqlar prosesinə qayıtmağı" planlaşdırmırlar. Bu barədə ANS PRESS "Bloomberg" agentliyinə istinadla xəbər verir.

Xəbərdə deyilir ki, Ermənistan prezidenti müsahibədə ilk dəfə açıq şəkildə bildirib ki, danışıqlardan imtina edirvə indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmır.

O deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında müharibə istənilən an başlaya bilər. Danışıqların perspektivi çox azdır.

*Youtube Kanalımıza abunə ol - Azərbaycanda baş verənlərdən xəbərin olsun

Serzh Sarkisian bildirib ki, 2011-ci ildə Kazanda Ermənistan və Azərbaycan prezidentlərinin danışıqları zamanı erməni tərəfi daxili 5 rayonu qaytarmağa razı idi. “Həmçinin biz sülhməramlıları regiona yerləşdirmək istəyirdik. Ancaq Azərbaycan tərəfi yeni şərtlər irəli sürdü", - deyə Sarkisyan bildirib.

Aprelin əvvəllərində cəbhədə baş verənlərdən danışan Sarkisian bildirib ki, həmin vaxt Azərbaycan xeyli sayda tank və artilleriya qurğularını bölgəyə cəmləşdirib.

Sarkisyan deyib ki, münaqişə zonasına Rusiya sülhməramlılarının yerləşdirilməsindən söhbət gedə bilməz. “Hərçənd əvvəllər danışıqlar zamanı Rusiya qoşunlarının münaqişə zonasında yerləşdirilməsinin müzakirə olunduğu haqda xəbərlər əsassız deyildi. Ancaq mən indi belə ehtiyac görmürəm. Rusiya hər iki tərəflə balanslı siyasət aparmaq istəyir”, - deyə o bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik zəmanəti olmadan Ermənistan sülh danışıqlarına qayıtmayacaq. Çünki vəziyyət tamamilə başqadır.

Sarkisyan həmçinin qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergei Lavrov İrəvana hər hansı yeni təkliflər gətirməyib.

"Lavrov yaxşı başa düşür ki, dördgünlük müharibədən dərhal sonra danışıqların başlamasıheç bir məna daşımır", - deyə Ermənistan prezidenti bildirib.

Sarkisyan ilk dəfə döyüşlər zamanı şimal və cənub istiqamətlərində bəzi mövqeləri itirdiklərini təsdiqləyib. Onun sözlərinə görə, Azərbaycan qoşunları “təmas xəttinin şimalında və cənubunda ərazilərin bir hissəsini nəzarət altına alıb.

1990-cı illərdə aralarında gedən müharibə nəticəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonunu işğal edib. Tərəflər 1994-cü ildə atəşkəs razılaşması imzalayıb sülh danışıqlarına başlasalar da bu müzakirələr hələlik nəticə verməyib.

Bu il aprelin 2-dən 5-nə kimi atəşkəs razılaşmasından bu yana tərəflər arasında ən böyük silahlı qarşıdurma baş verib. Hər iki tərəfdən çoxsaylı itkilər olub. Aprelin 5-də Moskvada hərbi əməliyyatların dayandırılması haqda razılıq əldə edilib. Ancaq yenə də tərəflər bir-birlərini atəşkəsi pozmaqda ittiham edirlər.

Həmçinin bax - AzadlıqRadiosu Youtube Kanalında izləyin:

Orduya çağırış zamanı varlıya-yoxsula fərq qoyulur?

XS
SM
MD
LG