Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:41

Qənimət Zahid: 'Hakimiyyət bloklamada əli olduğunu etiraf etdi'


Müstəqil saytların bloklanması ilə bağlı ilk məhkəmə iclası bitdi
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Müstəqil saytların bloklanması ilə bağlı ilk məhkəmə iclası bitdi

«Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi adından müxalif saytlarla bağlı məhkəmə iddiası qaldırılması çoxdan baş verən məsələləri qanuniləşdirmək cəhdidir».

Bu sözləri AzadlıqRadiosuna azadliq.info saytının baş redaktoru, Azərbaycanın hüdudlarından kənardan peyk və İnternet vasitəsilə yayımlanan «Azərbaycan saatı» televerilişinin, Turan TV telekanalının rəhbəri Qənimət Zahid deyib.

***Buna da bax-'Məhkəmə qərarından sonra həmin saytlarla əməkdaşlıq edənlərin təqibinə başlanıla bilər'

«Bundan başqa, bu, saytların bağlanmasının arxasında məhz hökumətin durduğunu təsdiq edir. Baxmayaraq ki, indiyədək onlar bundan boyun qaçırırdılar», - Q.Zahid bildirib.

Q.Zahid deyib ki, məhkəmədən ədalətli qərar gözləmir. «Çünki söhbət siyasi sifarişdən gedir», - o vurğulayıb.

Müstəqil saytlara qarşı hansı ittiham irəli sürülüb?
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

XATIRLATMA

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi «Azadlıq» qəzetinin azadliq.info, AzadlıqRadiosunun azadliq.org, Meydan.TV-nin, «Azərbaycan saatı» televiziya proqramının və TuranTV-nin saytlarına girişin bloklanması tələbilə məhkəməyə müraciət edib.

Sözügedən mülki iş üzrə aprelin 27-nə təyin olunan məhkəmə iclası mayın 1-nə təxirə salınıb. Bu işə Səbail rayon Məhkəməsində hakim Nurəddin Bağırov baxır.

XS
SM
MD
LG