Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:21

Saytların da 'qara siyahısı' olacaq


Parlamentdə 'Meydan' və 'Sancaq' tənqid edildi
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Parlamentdə 'Meydan' və 'Sancaq' tənqid edildi

Bu gün, martın 10-da ölkə parlamenti «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanuna dəyişikliklər edir.

Dəyişikliklər, əsasən, internet saytları sahiblərinin hüquqları, bu sahənin tənzimlənməsi ilə bağlıdır.

Parlament dəyişiklikləri qəbul edib. Qanuna edilmiş dəyişikliklərin mətni parlamentin rəsmi internet səhifəsində yer alır.

İNTERNET İNFORMASİYA EHTİYATININ SAHİBİNİN ÜZƏRİNƏ VƏZİFƏLƏR QOYULUR

Həmin fəsildə göstərilir ki, internet saytından ötrü həm «az», həm də digər domen zonalarından ad seçilə bilər. Adların qeydiyyatını milli inzibatçı və qeydiyyatçılar həyata keçirəcək.

Milli inzibatçı həm də qeydiyyatdan keçmiş domen adlarının reyestrini aparacaq, reyestr məlumatlarından istifadəni sorğu əsasında təmin edəcək. İndiyədək belə məlumatlar açıq idi, həmin bilgiləri sorğu ilə istəməyə lüzum yox idi.

Dəyişiklik, internet informasiya ehtiyatının sahibinin üzərinə vəzifələr qoyur. Sayt sahibi yaydığı informasiyanın tərkibi və yerləşdirilmə qaydasının müəyyən edilməsində müstəqildir. Ancaq o, informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməli, buna görə şəxsən məsuliyyət daşımalıdır.

Sayt sahibi informasiya ehtiyatında bəzi informasiyaların yerləşdirilməsinə yol verməməlidir. Dəyişiklik həmin bilgiləri qadağan olunmuş elan edir.

HANSI İNFORMASİYALARIN YAYILMASI QADAĞAN OLUNUR?

Qadağan olunmuş bilgilərə terrorçuluğun təbliği, çağırışlar, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri haqda məsələlər daxildir. Zorakılığın, dini ekstremizmin, milli, irqi, dini nifrət və düşmənçiliyin təbliği, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışların yayılması da qadağan edilir.

Dövlət sirləri, silahların, narkotik vasitələrin hazırlanma və istifadə üsulları barədə bilgilər, pornoqrafik materiallar da qadağalar siyahısına daxildir.

İnternet klub
İnternet klub

Qumar, digər qanunsuz mərc oyunlarının təşkili haqda, intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, təhqir və böhtan xarakteri daşıyan, əqli mülkiyyət hüquqlarını pozan məlumatlar da həmin siyahıya aid edilir.

Dəyişikliyə görə, internet informasiya ehtiyatının, domen adının sahibi yuxarıda qeyd olunan məzmunda informasiyaları saytda aşkar etdikdə, onun ehtiyatdan götürülməsini təmin etməlidir. Belə halları provayderlər müəyyən etdikdə, onlar da həmin bilgilərin saytdan götürülməsindən ötrü tədbirlər görməlidir.

İCRA HAKİMİYYƏTİ ORQANI SAYTA GİRİŞİ QAPADA BİLƏCƏK

Dəyişikliklər qadağan edilən bilgilərin yayılmasının önlənməsi əsası ilə müvafiq icra hakimiyyəti orqanına da (Nəqliyyat, Rabitə və İnformasiya Texnologiya Nazirliyi) səlahiyyətlər verir.

İcra orqanı belə bilgilərin sayt üzərindən yayıldığını müəyyən edərsə, bu haqda informasiya ehtiyatının sahibinə və provayderə yazılı xəbərdarlıq edə biləcək. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində belə bilgilər internet saytından götürülmədikdə, icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edəcək.

Bundan başqa, icra orqanı hesab etsə ki, həmin bilgi dövlətin, cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaradır, insanların həyat və sağlamlığına real təhlükə doğurur, onda informasiya ehtiyatına girişi müvəqqəti olaraq məhdudlaşdıra biləcək. Bu cür məhdudlaşdırma məhkəmə qərar verənədək qüvvədə olacaq.

«QARA SİYAHI» YARADILIR

Məhkəmələr icra orqanının müraciətinə 5 gün ərzində baxmalıdır.

Məhkəmə internet informasiya ehtiyatına girişin məhdudlaşdırılması haqqında qərar verdikdə, icra orqanı onu «Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı»na daxil edəcək.

Həmin siyahıdakı məlumatların tərkibi, siyahının tərtibi, tətbiqinə nəzarət edilməsi, host və internet provayderlərlə qarşılıqlı əlaqənin təşkili qaydalarını icra orqanı müəyyən edəcək.

Sayt sözügedən siyahıya daxil edildikdən sonra provayderlər sayta girişi məhdudlaşdıracaq və bu haqda onun sahibi bilgiləndirəcək.

XS
SM
MD
LG