Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:24

"Bu, Azərbaycan hakimiyyəti üçün təhlükədir"


Thorbjørn Jagland
Thorbjørn Jagland

"Avropa Şurası sözdən əmələ keçməyə başlayıb və bu, Azərbaycan hakimiyyətinə ciddi mesajdır."

“Amma məncə, bəyanatlar verməkdənsə, problemi danışıqlar yolu ilə çözmək lazımdır”

Avropa Şurası bəyan edib ki, Azərbaycanda insan haqları məsələləri üzrə birgə işçi qrupdan çıxır.

Səadət Bənənyarlı
Səadət Bənənyarlı

Birgə İşçi Qrupun üzvü Səadət Bənənyarlı deyir ki, bu qrup ölkə prezidenti İlham Əliyevlə Avropa Şurasının baş katibi Thorbjørn Jagland arasında razılaşma nəticəsində yaradılıb:

“Avropa Şurasının təmsilçisi iclaslara qatılırdı. İndi burdan çıxırlarsa, bunu zaman göstərəcək ki, nə qədər düzgün, obyektiv addım atılıb. Amma hər halda hesab edirəm ki, dialoq davam etməlidir. İnsan hüquqları ilə bağlı işçi qrup öz işini davam etdirməlidir. Buna ehtiyac var”.

Səadət Bənənyarlı deyir ki, son vaxtlar Azərbaycan insan hüquqları ilə bağlı hər tərəfdən təzyiqə məruz qalıb:

“Fikrimcə, bəyanatlar verməkdənsə, problemi danışıqlar yolu ilə çözmək lazımdır”.

Buna da bax: Azərbaycanlı sahibkar Obamaya şikayət edəcək

“Əməkdaşlığı dayandırırlarsa, özləri bilərlər”

Sahib Məmmədov
Sahib Məmmədov

Birgə İşçi Qrupun katibi Sahib Məmmədov deyir ki, qurumun yaradılmasında Thorbjørn Jagland-ın rolu oldusa da, Avropa Şurası qrupun üzvü deyil:

“Müşahidəçi kimi qatılırdı, hər hansı səs vermək hüququ yox idi. İclaslar olanda Thorbjørn Jagland-ın nümayəndəsi dəvət alırdı. İndi nədən çıxıblar, onu anlaya bilmədim. Ancaq əgər əməkdaşlığı dayandırıblarsa, özləri bilərlər. Hesab eləyirəm, İşçi Qrup fəaliyyətini davam etdirməlidir. Çünki bu qurum milli mexanizm kimi yaradılıb. Avropa Şurası lap hesab eləsə də ki, fəaliyyət səmərəli deyil, biz işimizə davam etməliyik”.

Buna da bax: Rusiya Suriyanı Xəzərdən vurur - Video

“Azərbaycan hakimiyyətinə ciddi mesajdır”

Mehman Əliyev
Mehman Əliyev

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Avropa Şurasının qurumda təmsilçiliyini dayandırmasını “ciddi siqnal” sayır:

“Bu onu göstərir ki, Avropa Şurası sözdən əmələ keçməyə başlayıb və bu, Azərbaycan hakimiyyətinə ciddi mesajdır. Onsuz da vətəndaş cəmiyyəti getdikcə əzilir, təzyiqlər, həbslər var. Fikrimcə, bunun ardınca başqa addımlar da atılsa, Azərbaycan hakimiyyəti cəmiyyətdə müsbət dəyişiklik yönümündə addımlar atmağa məcbur qalacaq. Artıq Qərbdə Azərbaycanla bağlı vahid mövqe, vahid yanaşma formalaşır, fikrimcə, bu da Azərbaycan hakimiyyəti üçün təhlükədir”.

İşçi qrupunun heyəti:

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov,

Prezident Administrasiyasının sektor müdiri və Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov,

Azərbaycanın Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze,

Prezident yanında Əfv Məsələləri Komissiyanın katibi Kəmalə İsmayıllı,

Baş Prokurorluğun nümayəndəsi İlqar Cəfərov,

Ədliyyə Nazirliyinin nümayəndəsi Faiq Qurbanov,

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov,

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli,

həmin komitənin üzvü, deputat Çingiz Qənizadə,

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev,

həmin şuranın üzvləri Əliməmməd Nuriyev, Sahib Məmmədov, hüquq müdafiəçiləri Eldar Zeynalov, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Arzu Abdullayeva, Mirvari Qəhrəmanlı, Səadət Bənənyarlı, Zəlihə Tahirova

XS
SM
MD
LG