Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

“İrandan 2 blok siqaret gətirəndə birini gömrükdə alırlar”


siqaret
siqaret

-

“Siqaret çəkənəm. Əvvəllər pensiyamdan hər ay 30-40 manat ayırıb siqaretə verirdim. Bahalaşma oldu, siqaretin qutusu 2-3 manat oldu. Almaq olmur. Məcbur olub siqaret üçün İrana gedirik. İranda qutusu 30-40 qəpiyədir. Getmişdim İrana, şəxsi istifadə üçün iki blok siqaret almışdım. Onun bir dənəsini Astara gömrüyündə əlimdən aldılar. Sənəd də vermədilər. İki dəfə İrana getmişəm, hər dəfə də belə olub”.

Səttar Nəsirov
Səttar Nəsirov

Astara rayonunun Ərçivan kənd sakini 80 yaşlı Səftər Nəsirov bununla bağlı Dövlət Gömrük Komitəsinə müraciət etdiyini deyir:

“Hələ ki, cavab yoxdur”.

İrandan qayıdan rayonun digər sakini Hacıağa Zeynalov da gömrüklə bağlı narazılığını gizlətmir:

"ADAMLARDAN ALINAN SİQARETLƏRİ BAZARDA SATIRLAR"

Hacıağa Zeynalov
Hacıağa Zeynalov

“İrana bu il mayın 2-də getmişdim. Şəxsi istifadə üçün 2 blok siqaret gətirmişdim, onun birini aldılar. Mən orda dedim ki, bunu 55 ildir çəkirəm, ehtiyacım var. Axı qanun icazə verir. Dedilər olmaz. Əlimdən aldılar, sənədləşdirmədilər. İranda bir blok siqaret 3 manatadır, bizdə isə 12 manata. Sərf edir. Sonra eşitdim ki, adamlardan alınan siqaretləri bazara çıxardıb satırlar. Mən kənd adamıyam. Mənimlə nə üçün belə rəftar etməlidirlər?”

"SİQARET MAFİYASI İMKAN VERMİR"

Astara Gömrük İdarəsinin növbətçi hissəsində bildirdilər ki, onların vəzifəsi suallara cavab vermək yox, şikayəti olanları müvafiq şöbələrə yönəltməkdir. Dövlət Gömrük Komitəsinin saytında isə qeyd edilir ki, fiziki şəxslər gömrük sərhədindən şəxsi istifadə üçün 3 blok siqaret keçirdə bilərlər.

“Lakin Astara Gömrük İdarəsi komitənin tələbinə əməl etmir. Çünki siqaret mafiyası buna imkan vermir”, -iqtisadçı Vidadi Mirzəyev belə deyir. Onun fikrincə ortada milyonlarla vəsait var:

“2014-cü ildən bu yana siqaretin qiyməti 2 dəfə artıb. ”Klassik” siqaretin bir qutusu 70 qəpikdən 2 manat 20 qəpiyə qalxıb. Digər siqaretlər də elə. Bu da siqaret çəkənlərin ailə büdcəsinə zərbədir”.

Onun deməsinə görə, siqaretin kəskin bahalaşması təkcə devalivasiya ilə bağlı deyil. İqtisadçı hesab edir ki, burda süni qiymət artımı var.

Vidadi Mirzəyev deyir ki, indi siqaret mafiyası 2 qat qazanc əldə edir:

İRANDA EYNİ SİQARET 2 DƏFƏ UCUZDUR

“İrandan ən çox gətirilən “Mancestr” siqaretidir. İranda bu siqaretin bir qutusu 40-50 qəpikdir. Bizdə 1 manta yaxındır. İranın “Bəhmən” siqareti daha ucuzdur. Kasıbların malıdır. Gün ərzində İrandan Azərbaycana 10 minlərlə dəyərində siqaret gətirilir. Azərbaycan öz əhalisini siqaretlə də təmin edə bilmir? Tütün hər yerdə bitir. Başqa ölkələrin istehsalına investisiya qoyuruq. Monopoliya, siqaret mafiyası var. ”

Sabiq gömrük işçisi Elman Hüseynov isə şəxsi istifadə məqsədi ilə gətirilən siqaretin müsadirə edilməsini özbaşınalıq hesab edir.

“Nazirlər kabinetinin 305 saylı qərarı var. Həmin qərarda rüsumsuz mallar barəsində məlumat verilir. Hər bir vətəndaş şəxsi istifadə üçün xarici ölkədən 3 blok siqaret gətirirsə, gömrük idarəsi buna mane ola bilməz. Vətəndaşdan mal alınarkən sənədləşdirilməlidir və qəbz verilməlidir. Vətəndaş qanunsuzluqlar barədə Şirvan məhkəməsinə müraciət edə bilər. Məhkəmə də xərc istəyir. Ona görə də insanlar nə edəcəklərini bilmirlər...”

XS
SM
MD
LG