Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:01

Alimin "Sovetski" söküntüsünə qiyməti: Barbarlıq!


Üzeyir Hacıbəyovun ev muzeyi söküləcək?
Gözlə

No media source currently available

0:00 0:04:21 0:00

Üzeyir Hacıbəyovun ev muzeyi söküləcək?

►Fəxrəddin Miralay: "Sovetski"nin dağlıq hissəsində elə bir əhəmiyyətli tarixi abidə yox idi.

«Avropanın gözəlliyi elə tarixi mənzərələrindədir, bugünkü mənzərə adamı dəli edir, tarix sökülür». Facebook hesabında istifadəçi Səbinə İzzətli yazır.

Gül Abbasova adlı istifadəçi isə «Sovetski»dəki bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin yerli əhəmiyyətli abidələr siyahısından çıxarılması barədə qərarı belə şərh edir: «Elə bil, atan-anan qocalıb, bəyənmirsən. Vurub öldürürsən ki, mənə təzə ata-ana lazımdır. Şəhəri bu məntiqlə məhv edirlər».

İlyas Əhməd adlı Facebook istifadəçisinin şərhində oxuyuruq: «19-cu əsrdə tikilmiş binanın bu gün son nəfəsi idi! «Azdrama»nın yanındakı bina!.. Mirzağa Əliyev 126. Günlərimiz keçib bu binada. Silin tariximizi! Gürcüstan isə göz bəbəyi kimi qoruyur belə tarixi binaları».

BİR VAXTLAR TOXUNULMAZ SAYILIRDILAR

Facebook sosial şəbəkəsində ehtirasları coşduran Nazirlər Kabinetinin qərarı idi: Hökumət Bakının Yasamal rayonunda, «Sovetski» adlanan məhəllədə bəzi yaşayış və qeyri-yaşayış binalarını «Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı»ndan çıxarıb.

Qərarda sökülməsinə icazə verilən obyektlər arasında ən köhnə tikili Ç.Mustafayev küçəsi, 57-59 ünvanda yerləşən yaşayış evidir, 1885-ci ildə inşa edilib. Artıq abidə sayılmayan evlərin əksəriyyəti də 1890-cı illərin axırı, 1900-cu illərin əvvəlində tikilib. Bu siyahıda 1888-ci il, M.Muxtarov küçəsi, 83-də tikilmiş hamam, S.Rəhimov və A.Şaiq küçələrinin tinində yerləşən, XIX əsrin sonuna aid Şollar su kəmərinin su yayma qülləsi var.

««SOVETSKİ»DƏ ELƏ DƏ ƏHƏMİYYƏTLİ ABİDƏ YOX İDİ»

Memarlar İttifaqının üzvü Fəxrəddin Miralay «Sovetski»də sökülən binaları tarixi əhəmiyyətli saymır. Onun sözlərinə görə, «Sovetski»də memarlıq abidəsi sayılan obyektlər var:

Fəxrəddin Miralay: "Sovetskinin dağlıq hissəsində elə bir əhəmiyyətli tarixi abidə yox idi"
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00
Direct-ə keçid

«Bunlar Memarlıq İttifaqının binasıdır, hamamlardır, prokurorluğun binasıdır. Bir-iki il əvvəl sökülən bina var idi, çox gözəl bina idi, ünvanını dəqiq deyə bilməyəcəm, xalq arasında ona «Napoleonun papağı» deyirdilər. Bunlar tarixi abidədir, ancaq digərlərinin xüsusi bir memarlıq əhəmiyyəti yoxdur».

F.Miralay deyir ki, o, sosial şəbəkələrdə «Sovetski»də bəzi binaların sökülməsi ilə bağlı qəzəbli statuslar oxuyur: ««Sovetski»dəki yaşayış binalarının əksəriyyəti siçan-siçovul yuvası idi. Nə zamandan bəri «Sovetski» tarixi abidə olub? Bir binanın 100 il əvvəl tikilməsi hələ onun memarlıq abidəsi olması demək deyil. Bunun üçün meyarlar var. O evlərdə havalandırma belə yox idi. Evlər iç-içə tikilmişdi. Bəs insan haqları harada qalır? Orda yaşayanların da normal yaşamaq hüquqları var».

Altay Göyüşov
Altay Göyüşov

​Memar əlavə edir ki, ərazidəki bir neçə tarixi abidəni sökmək yox, sürüşdürmək, ya da söküb başqa yerdə tikmək olardı. Fəxrəddin Miralay «Sovetski»də təmir-bərpa işləri aparıb olduğu kimi saxlamaq fikirləri ilə razılaşmır, deyir ki, bu məhəllənin heç bir arxitektur görkəmi yoxdur.

«AZƏRBAYCANIN TARİXİNİ SÖKÜRLƏR»

Tarixçi-alim Altay Göyüşov isə Nazirlər Kabinetinin qərarını «barbarlığa» bərabər tutur və oradakı binaları Azərbaycan tarixi-memarlığı baxımından əhəmiyyətli sayır. A.Göyüşov deyir ki, Avropada turist cəlb etməkdən ötrü bu cür köhnə yaşayış yerlərini qoruyub-saxlayıblar. ««Sovetski» Bakının inkişafını göstərən, ictimai-siyasi nöqteyi-nəzərdən, həm mədəni, həm də arxitektura tərəfdən Avropaya bağlayan hissə idi. Burda Azərbaycanın ictimai-siyasi xadimləri yaşayıb, operamız, mətbuatımız orda yaranıb. «Sovetski»ni sökmək bu tarixi silmək istəyidir», - tarixçi vurğulayır.

A.Göyüşov hesab edir ki, Bakının özəlliyini qorumaq, turist cəlb etmək üçün «Sovetski» məhəllələrində təmir-bərpa işləri apara bilərdilər: ««Basin»dəki binaları söküb yerində heç kimə lazım olmayan, mərmərdən ibarət «Qış parkı» saldılar».

Altay Göyüşov: "Bu, barbarlıqdır"
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid

Mədəniyyət və Turizm Nazirliyi Nazirlər Kabineti üstqurum olduğundan qərarını şərh etmək istəmədi. Ancaq yerli əhəmiyyətli abidələr də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mühafizə olunur.

Qars
Qars

TÜRKİYƏ HÖKUMƏTİ VƏTƏNDAŞA PUL VERİR Kİ, EVİNİ TƏMİR ETSİN

Türkiyədə isə yerli əhəmiyyətli abidələr dövlət tərəfindən nəinki qorunur, hətta onların təmirinə vəsait də ayrılır. Bunu AzadlıqRadiosuna Qars sakini Turgut Çelik deyir. Onun sözlərinə görə, babalarından ona miras qalan evin 250-dən çox yaşı var: «Ruslardan qabaq tikilmiş bir evdir. Onu sökə, xarici görkəmində heç bir dəyişiklik apara bilmərəm, buna icazəm yoxdur. Ancaq təmir edə bilərəm».

Türkiyə hökuməti Turgut Çelik-in evinin təmir xərclərinin 75 faizini ödəyib. Müsahibimiz deyir ki, qanunla xərclərin 75 faizini dövlət ödəməlidir: «Biz təmir-bərpa layihəsini aidiyyəti dövlət qurumuna göndərdik, onlar da baxdılar ki, binanın memarlığına zərər vura biləcək dəyişiklik var, ya yox. Bundan sonra razılıq verdilər və təmir işləri bitənə qədər də hər şeyə nəzarət etdilər».

UKRAYNA QƏDİM EVLƏRİ YIĞIB MUZEY YARADIB

Ukraynada isə ölkənin hər yerindən qədim yaşayış və qeyri-yaşayış binalarını (kilsə, dəyirman) gətirib Kiyevdə böyük bir ərazidə açıq səma altında muzey yaradıblar. Bu muzeyi gəzərkən Ukrayna xalqının iki-üç əsr yaşadığı evləri, hətta ərzaq saxladıqları anbarları, dua oxuduqları kilsələri əyani təsəvvür etmək mümkün olur…

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunda (26 may)

Zərdüşt Əlizadə: "Xədicə İsmayıl qazandı, hökumət uduzdu"
Günün əsas xəbərləri Azadlıq Radiosunda (26 may)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (26 may)

Xədicə İsmayıl: Hökümət borclarımızı qaytarır
Xədicə İsmayıl: Hökümət borclarımızı qaytarır
Gözlə

No media source currently available

0:00 0:16:00 0:00
XS
SM
MD
LG