Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:13

Stokholmda Bakı ilə Yerevan arasında görüşün baş tutmaması ilə bağlı izah


Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov (sağ) və Ararat Mirzoyan
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov (sağ) və Ararat Mirzoyan

Azərbaycan xarici işlər nazirliyinin sözçüsü bu görüşdən qarşı tərəfin təxribatına cavab olaraq imtina edildiyini bildirir.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Stokholmda görüşməyiblər. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.

Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, Ermənistan tərəfi heç vaxt Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi çərçivəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində görüşlərdən yayınmayıb.

Bir gün əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində ATƏT-in 28-ci Nazirlər Konfransı çərçivəsində Stokholmda Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşünün mümkünlüyünü istisna etməmişdi.

Azərbaycana qanunsuz səfər

Bu arada, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva yerli mətbuatın suallarına cavab olaraq bildirib ki, Azərbaycan tərəfinin görüşə bir neçə saat qalmış “Ermənistanın təxribatına cavab olaraq” Stokholmda görüşün keçirilməsini məqsədəuyğun hesab etməyib.

"...3 dekabr tarixində nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfinin təxribatı baş verdi. Belə ki, Ermənistan parlamentarlarının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi.

Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir.”, - deyə Leyla Abdullayeva bildirib.

Həmsədrlər təəssüf edir

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir araya gəlməməsindən təəssüfləndiyini bildirir. Qurum bununla bağlı açıqlama ilə çıxış edib.

"Həmsədrlər Stokholmda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında onların himayəsi altında birgə görüşün keçirilməsinin mümkün olmamasından təəssüflənirlər. Onlar sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə başlanmış müzakirələri davam etdirməyə şərait imkan verən kimi belə bir görüşü qəbul etməyə hazır olduqlarını bildirirlər" deyə açıqlamada deyilir.

Post münaqişə dövründə Azərbaycan və Ermənistan xarici işlər nazirləri üç dəfə görüşüb

XS
SM
MD
LG