Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:17

"Ağacları, səkiləri rəngləmək nəyimizə lazımdı?" [Video]


"Üstü bəzək, altı təzək" binalar
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00

"Üstü bəzək, altı təzək" binalar

►Sumqayıt sakinlərinin yeni icra başçısından gözləntiləri və Zakir Fərəcovun yenilikləri

İndi Sumqayıtda fərqli ab-hava yaşanır – yeni icra başçısının şəhərə gətirdiyi yeni ab-hava...

Ölkə başçısı sentyabrın 2-də Zakir Fərəcovu Sumqayıtın icra başçısı təyin edib.

O, Sumqayıtda “yad adam” sayılmır. Uzun illər bu şəhərdə yaşayıb və işləyib. 1999-2004-cü illərdə Sumqayıt bələdiyyəsinin sədri də olub.

Bu şəhərə başçı gələr-gəlməz Fərəcov aktiv fəaliyyətə keçib. Elə icra hakimiyyətinin inzibati binasının önündən başlayıb - əvvəlki başçının göstərişi ilə illərdir qapalı olan yolu – hazırkı Bayraq meydanını açıb.

Sumqayıtla demək olar ki, yaşıd olan taksi sürücüsü Əbdül Məmmədovla elə həmin meydanda söhbətləşdik. Deyir ki, bu yol bağlananı əslində qısa olan məsafəni qət etmək bir qədər çox vaxt aparırdı:

“Bu yolun açılmağı çox yaxşı oldu. Gedib “kruq” vurub gəlməli olurduq, hələ bunun əlavə yanacağı, məsrəfi də öz yerində. İndi birbaşa yoldur, gedib-gəlirik.”

Buna da bax: Tələm doğma Azərbaycan!.. (Karikatura)

“ÜSTÜ BƏZƏK, ALTI TƏZƏK” BİNALAR

Bu ərazidə - “Azərbaycan” prospektində yaşayış binalarının üzlənməsinə də başlanıb.

​Müsahibə vermək istəməsələr də, fəhlələrdən öyrənirik ki, işə bir neçə gündür başlayıblar. Binaların fasadları daş plitələrlə yenilənir. Amma hələ görünən odur ki, yenilənmə işləri binaların yolabaxan hissəsində aparılır.

Mərkəz sayılan bu prospektdəki üzü yenilənən binaların həyətinə keçsən, fərqli mənzərə ilə rastlaşırsan. Bina sakinləri də bu mənzərədən dad edirlər.

Ceyran Talıbova deyir ki, keçmiş başçı Eldar Əzizovun qəbulunda olublar, yazılı müraciət ediblər ki, qum, daş-kəsək dolu, uşaqların oynaması üçün tam yararsız olan bərbad vəziyyətli həyətlərə əl gəzdirilsin:

Ceyran Talıbova
Ceyran Talıbova

“Evə gedəndə mütləq ayaqlarımızı, ayaqqabılarımızı yumalı oluruq. Uşaqlarımız bütün günü qumun içində oynayır. Ərizəmizi keçmiş başçı Eldar müəllimə verdik, dedi “düzəldəcəyik”. Bizə nümayəndə qoşdular, gəlib gördülər və özləri də dedilər ki, “pis gündədir”. Dedilər düzəltdirəcəyik, amma heç nə etmədilər. Elə indi oturub qonşularla onu danışırdıq ki, bəlkə gedək, yeni başçıya müraciət edək. Həm də istilik sistemimiz yoxdur, binanın şiferləri çox pis vəziyyətdədir, su evlərə axır. “JEK”ə pul ödəyirik, amma deyəndə düzəldin, deyirlər ki, “bizim işimiz deyil”.

Bina sakini 4 uşaq anası Amaliya Kaşıkçı da deyir ki, həyətə çıxıb normal hava almaq mümkünsüz olub:

“Kanalizasiya sistemi də yaman gündədir, su basıb blokların qarşısını. Bordürləri, ağacların kötüyünü ağardırlar, bizə bu lazım deyil. Bizə lazımdır ki, buraları abadlaşdırsınlar, uşaqlara şərait yaratsınlar. Mən hər dəfə 4 uşaqla parka gedib çıxa bilmirəm axı. Belə olmaz”.

Buna da bax: Səhvlərlə dolu orfoqrafiya lüğəti

"UŞAQLARI İNFEKSİYAYA YOLUXDURAN XƏSTƏXANA"

Amaliya Kaşıkçı şəhərdə dövlət nəzdində olan əksər uşaq bağçalarının, uşaq xəstəxanasının da təmirə ehtiyacı olmasından danışır:

“Təmirli dövlət bağçaları 700-800 manata uşağı qəbul edir. Axı hamının buna imkanı çatmır. O biri bağçalar da bərbad vəziyyətdədir, heç ayağını qoyub içəri keçə bilmirsən, infeksiya mənbəyidir. Uşaq xəstəxanası elə vəziyyətdədir ki, ora gedib infeksiyaya yoluxmamaq mümkün deyil. Bunlara dövlət baxmalıdır da”.

Söhbətləşdiyimiz Sumqayıt sakinlərinin dərdləri bununla da bitmir. İşsizlik buraların da həllini gözləyən ən vacib problemidir:

“Əsas odur ki, iş-güc olsun, camaat işləyib maaşını ala bilsin. Zavodlarımız var idi, elə onları işə salsalar, camaat işsiz qalmaz”.

“Sumqayıtda iş yeri yoxdur, hamı Bakıya gedir”.

“İş yerləri çox olmalıdır. Müəssisələr, zavodlar işləsə elə bəs edər. Amma əksinə indi eşidirik ki, Sumqayıt Texnologiyalar Parkında ixtisarlar başlayıb, gör indi nə qədər adam işsiz qalacaq”.

Buna da bax: Zəlzələnin qəzalı hala saldığı evlər (Video)

VAQİF ƏLƏKBƏROV: “DANIŞMAĞA EHTİYAC GÖRMÜRƏM”

​Sakinlər yeni başçıdan abadlıq, sosial problemlərin həllini, işsizliyin azaldılmasını gözlədiyi məqamda Zakir Fərəcov əvvəlcə məmurları. necə deyərlər, ələkdən keçirir, bəzilərinin adını isə işsizlər siyahısına yazır.

Mətbuatın yazdığına görə, sentyabrın 8-də yeni başçı məmurlarla görüş keçirib. Ilk tənqid hədəfinə Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov gəlib.

Vaqif Ələkbərov
Vaqif Ələkbərov

Onu məktəb direktorlarından qanunsuz pul yığmaqda günahlandıran başçı Ələkbərovu işdən azad edib. Məsələ ilə bağlı Vaqif Ələkbərovun mövqeyini öyrənməyə çalışdıq. İşdən çıxarıldığını təsdiqləsə də, bu barədə danışmağa ehtiyac görmədiyini dedi.

Ilk tənqid hədəfinə Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov gəlib. Onu məktəb direktorlarından qanunsuz pul yığmaqda günahlandıran başçı Ələkbərovu işdən azad edib. Məsələ ilə bağlı Vaqif Ələkbərovun mövqeyini öyrənməyə çalışdıq. İşdən çıxarıldığını təsdiqləsə də, bu barədə danışmağa ehtiyac görmədiyini dedi.

Az.azvision.az saytının məlumatına görə, Sumqayıt şəhər Arxitektura və Memarlıq Idarəsinin rəis müavini Kamil Məmmədov, şəhər Kommunal Təsərrüfatı Departamentinin rəhbəri, eləcə də bələdiyyə sədri Əbülfəz Babayev də öz fəaliyyətlərinə, daha doğrusu, görməli olub da görmədikləri işə görə tənqid olunanlar sırasında olub.

Yeni başçı ilə görüşüb bütün bunlar ətrafında daha dolğun məlumat almağa, görəcəyi işləri, planları soruşmağa cəhd etsək də, bizi icra hakimiyyətində qəbul edən olmadı.

Bildirdilər ki, hazırda idarədə hər kəs və hər şey yerinə oturuşmayıb deyə, sentyabrın 20-dən sonra müraciət etməyimiz məsləhətdir.

XS
SM
MD
LG