Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:53

Manqa komandiri əsgərləri niyə döyürdü?- [ifadələr]


Tapdıq Babaşov
Tapdıq Babaşov

►Əsgərlərin dediyinə görə, axşam "yat" əmrindən sonra öz aralarında söhbət etdiklərinə döyüldükləri də az olmayıb.

Hətta bir və ya bir neçə əsgərin "səhvinə" görə bütün tağımın əsgərlərini sıraya düzüb döyürlərmiş

Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləcəridəki N saylı hərbi hissəsində əsgərlərin bəziləri üzündən oxuya bilmir. Həmin hərbi hissədə əsgərlərə qarşı zorakılıqlar, o cümlədən, əsgər Tapdıq Babaşovun müəmmalı ölümü ilə bağlı hər məhkəmə iclasında yeni hallar üzə çıxır.

QOLUNA TOXUNMAĞIN CAVABI – ŞİLLƏ-TƏPİK

Martın 14-də Bakı Hərbi Məhkəməsində keçirilən iclasda hələ də bu hərbi hissədə xidmətdə olan 13 əsgər zərərçəkmiş qismində dindirilib. Onlar da bütün tağımdakı əsgərlərin arxası üstə yerə uzadılıb, manqa komandirlərinin kürəklərində çəkmə ilə gəzməsi, döyülmələri barədə ötən iclaslarda əsgər yoldaşlarının dediklərini təsdiqləyiblər. İfadələrdən məlum olub ki, dəhlizdə gedəndə ehtiyatsızlıqdan manqa komandirinin qoluna toxunmağın cavabı şillə-təpik olurmuş.

"Ayaqyoludan çıxdım, dəhlizdə təsadüfən manqa komandiri Cəmil Ağayevə toxundum. Məni otağa çağırıb döydü", - deyə əsgər Elvin Əliyev ifadəsində bildirib.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Digər əsgər Qüdrət Cəfərov da eyni səbəbdən döyüldüyünü deyib.

Başqa bir əsgər İbrahim Hüseynli ifadəsində göstərib ki, manqa komandirlərindən heç kim olmadığından icazəsiz ayaqyoluna getdiyinə görə döyülüb.

Əsgərlərin dediyinə görə, axşam "yat" əmrindən sonra öz aralarında söhbət etdiklərinə, hərbi xidmətə yeni gəldikləri vaxtlarda sırada düzgün addımlamadıqlarına görə döyüldükləri də az olmayıb. Hətta bir və ya bir neçə əsgərin "səhvinə" görə bütün tağımın əsgərlərini sıraya düzüb döyürlərmiş.

Buna da bax: Əsgər ölüb, yoxsa öldürülüb?

Əsgər ölüb, yoxsa öldürülüb?
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

“O BİRİLƏR DEYİRDİ BAŞMAQLA GƏZİB...”

Əsgərlərdən Cavid Rəhimov, Nurlan Əsədov, Etibar Məmmədov ifadələrində manqa komandiri Cəmil Ağayevin onları döşəməyə uzadıb kürəklərində çəkmə ilə gəzdiyini bildirib.

Təqsirləndirilən Cəmil Ağayev buna etiraz edib:

"Nə oldu, keçən məhkəmədə o birilər deyirdi ki, kürəyimizdə başmaqla gəzirdi, bunlar deyir ki, "botinka" ilə. Bu, bunların ifadələri deyil, müstəntiqin ifadələridir. Olmayan şeyləri də götürüb yazıb..."

Qanunun tələbinə görə, zərərçəkmiş məhkəmədə ifadə verməmişdən əvvəl standart and mətnini oxumalı, doğru danışacağına dair iltizama imza atmalıdır. Dindirmə zamanı əsgərlərdən biri, ümumiyyətlə, mətni oxuya bilməyib. Bildirib ki, üzündən oxumağı bacarmır.

Müslüm Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası ifadə verən əsgərlərdən məruz qaldıqları zorakılıqla əlaqədar hərbi hissə rəhbərliyinə niyə məlumat vermədiklərini soruşanda onlar cavab verib ki, "buna pis baxırdılar".

SONDA ŞİKAYƏTÇİ OLMADIQLARINI DEYİRLƏR

Dindirilən əsgərlərin hamısı zorakılığa məruz qaldığını təsdiqləsə də, ifadəsinin sonunda təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını qeyd edib.

Xatırladaq ki, Tapdıq Babaşov ötən il mayın 22-də hərbi hissədə dünyasını dəyişib. Rəsmi məlumatlara görə, mərhum Babaşov özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Lakin Tapdıq Babaşovun anası Kifayət Süleymanova və digər qohumları buna inanmır. Onlar əsgərin qətlə yetirildikdən sonra pəncərədən atıldığını düşünür.

Bu cinayət işi üzrə Kifayət Süleymanova və hərbi hissənin 50 əsgəri zərərçəkmiş qismində tanınıb. Məhkəmə qarşısına təqsirləndirilən şəxs qismində isə keçmiş manqa komandirləri Ruslan Cavadov, Cəmil Ağayev və Elməddin Babayev çıxarılıb. Onlar CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələrilə ittiham olunur.

Məhkəmə prosesi aprelin 4-də davam edəcək.

Buna da bax:

Tacikistanda saqqal problemi...
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

XS
SM
MD
LG