Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:14

'Tərtər işi' ilə bağlı yeni həbslər və bəraət alanlar var


'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi

Azərbaycan Baş Prokurorluğu sentyabrın 5-də "Tərtər işi" ilə bağlı yeni məlumat yayıb.

Qurum bildirib ki, bu iş yenilənəndən (2021-ci il dekabr) işgəncəyə və digər qanunsuzluqlarla bağlı 288 şəxs zərərçəkmiş qismində tanınıb: "…Ümumilikdə 405 zərərçəkmiş şəxs müəyyən edilib".

"Meyiti ekshumasiya edilib"

Bildirilib ki, Təmkin Nizamioğlunun işgəncələr nəticəsində xəstəxanada vəfat etməsi barədə sübutlar toplanıb, meyiti ekshumasiya edilib: "Keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə də bu hal təsdiq olunub".

Açıqlamada bu işlə bağlı yeni həbslərdən bəhs edilir. Qeyd olunub ki, Bəkir Orucov (general-mayor), Ramil Əhmədov Rahib Məmmədov həbs edilib. Onlar işgəncə və başqa ağır cinayətlərdə ittiham edilir.

Əlavə edilir ki, hazırda cəza çəkən bəzi hərbi qulluqçulara da əlavə ittihamlar verilib.

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

17 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Baş Prokurorluğun məlumatına görə, icraatın təzələnməsindən bəri 17 nəfər məsuliyyətə cəlb edilib. Onlardan 12 nəfər həbs edilib, 1-i axtarışa verilib, 4-ü isə ondan əvvəl həbsdə olub.

Habelə əlavə edilir ki, əvvəllər mühakimə olunan 26 şəxs barəsində əlavə araşdırma aparılıb. Qeyd edildiyinə görə, onlardan 19-u bəraət alıb. Digər 7 şəxsə isə qismən bəraət verilib.

Həmçinin, vətənə xəyanətdə günahlandırılan və öldüklərinə görə cinayət təqibi dayandırılan iki şəxsin də işinə yenidən baxılır. Söhbət Mehman HüseynovElxan Ağazadədən gedir.

19 şəxslə bağlı Ali Məhkəmənin Plenumuna…

Habelə bildirilir ki, dövlətə xəyanət və digər maddələrlə həbs olunan 19 şəxs barəsində yeni açılmış hallarla əlaqədar Ali Məhkəmənin Plenumuna müraciət edilib.

Rəsmi açıqlamaya, hələlik, orada adları müxtəlif epizodlar üzrə çəkilən (istər zərərçəkən kimi tanınan, istərsə də yeni ittihamlarla üzləşən) şəxslərdən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Hərbçi: 'Bədənimi toka verib məni şikəst elədilər'
Gözlə

No media source currently available

0:00 0:05:49 0:00

Xatırlatma

2021-ci ilin dekabrında Baş Prokurorluq "Tərtər işi" üzrə istintaqın bərpa edildiyini açıqlayıb. Söhbət 2017-ci ilin mayında Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs olunduğu işdən gedir.

Sonradan bir sıra media orqanları bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmə zamanı işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yaydı. Müdafiə tərəfinin açıqlamalarına görə, tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.

İşgəncə nəticəsində ölənlərin bəzilərinə sonradan bəraət verilib. Hüquq müdafiəçiləri ölənlərin sayının 10-dan çox olduğunu bildirirlər, amma bu rəqəm rəsmən təsdiqlənməyib.

XS
SM
MD
LG