Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 03:10

Tokayev erkən prezident seçkisi keçirəcək


Qasım-Jomart Tokayev
Qasım-Jomart Tokayev

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bir neçə aya vaxtından əvvəl prezident seçkisi keçirəcək və ikinci müddətə seçilmək üçün namizədliyini verəcək.

Sentyabrın 1-də illik müraciətində Tokayev prezidentlik müddətini beş ildən yeddi ilə qaldırmağı, gələcək prezidentlərin bir müddətdən artıq namizədliyini verməyi yasaqlamağı təklif edib.

“2022-ci ilin payızında vaxtından əvvəl prezident seçkisi keçirməyi təklif edirəm”, – deyən Tokayev bu tədbirlərin “dövlətçiliyimizi gücləndirmək”, “islahatları qorumaq” üçün gərəkdiyini söyləyib.

Karen Ohancanyan: 'Bu yolla Azərbaycan öz altına saatlı bomba qoyur'
Gözlə

No media source currently available

0:00 0:06:18 0:00

Parlament seçkiləri də olacaq

Tokayev 2023-cü ilin birinci yarısında erkən parlament seçkiləri keçiriləcəyini də söyləyib. O, həm parlamentin aşağı palatası Məclisə, həm də yerli şuralar olan Məsləhətlərə seçkilərin keçiriləcəyini vurğulalyıb.

Qazaxıstanda prezident seçkisi 2024-cü, parlament seçkisi isə 2025-ci ildə keçirilməliydi.

Tokayev 2019-cu ilin martında prezident vəzifəsini icra etməyə başlayıb. Keçmiş prezident Nursultan Nazarbayev ölkəni 30 ilədək idarə edəndən sonra gözlənilmədən istefa verib və Tokayevi varisi seçib.

2019-cu ilin iyununda erkən seçkidə Tokayev prezident seçilib.

Bu ili yanvarında qanlı yanvar iğtişaşlarından sonra Tokayevlə Nazarbayevin münasibətləri soyuyub. Tokayev sələfinin bütün vəzifələrini alıb, onun zəngin və nüfuzlu qohumlarına təzyiqləri artırıb.

Gözlənilən seçki isə seçiləcəyi halda Tokayevin müstəqil lider kimi səlahiyyətini gücləndirə bilər.

Keçmiş Laçın dəhlizindən Ermənistana gediş-gəliş bağlandı
Gözlə

No media source currently available

0:00 0:02:21 0:00

Araşdırma tələbi

19 milyon əhalisi olan, Orta Asiyanın neftlə zəngin ölkəsi Qazaxıstanda indiyədək heç bir prezident seçkisi qərb müşahidəçiləri tərəfindən azad və ədalətli sayılmayıb.

Bu arada ölkənin insan haqları qrupları və siyasi fəalları yanvar etirazlarının tam təhqiq olunmasına çağırırlar. İğtişaşlarda 238 nəfər, o cümlədən 19 hüquq mühafizə işçisi öldürülüb.

Öldürülənlərin qohumları da daxil olmaqla çoxları Tokayevdən etirazları yatırtmaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTMT) əsgərlərini ölkəyə dəvət etmək qərarına izahat tələb edirlər. O zaman Tokayev “xəbərdarlıqsız öldürmək” əmri vermişdi.

Yanvarın 2-də qərbi Manqıstau vilayətində başlamış dinc nümayiş sonradan ölkə boyunca hökumət əleyhinə etirazlara çevrildi.

Azərbaycan gənci: 11 dəqiqədə izah edirik
Gözlə

No media source currently available

0:00 0:11:05 0:00

Əfv olacaq

Minlərlə etirazçı saxlandı. Tokayev nümayişlərə xaricdən gəlmiş “20 min terrorçunun” səbəb olduğunu deyib, ancaq hakimiyyət bu iddiaya heç bir dəlil ortaya qoymayıb.

Tokayev bugünkü çıxışında yanvar iğtişaşlarında iştiraka görə həbs, yaxud məhkum edilənlərin, eləcə də etirazçıları döymək, işgəncə vermək iddiaları əsasında saxlanmış təhlükəsizlik işçilərinin əfv olunacağını söyləyib.

“Əfv iğtişaşların təşkilində əsas şübhəlilərə o cümlədən vətənə xəyanət, hakimiyyəti ələ keçirmək ittyihamıyla saxlananlara aid edilməyəcək”, – deyən Tokayev əsas şübhəlilərin adını çəkməyib, həbs olunanların dəqiq sayını da açıqlamayıb.

Milli Təhlükəsizlik Komitəsinin keçmiş başçısı, Nazarbayein yaxın müttəfiqi olmuş Kərim Məsimov və onun üç müavini iğtişaşdan sonra saxlanıb, vətənə xəyanətdə ittiham olunub.

XS
SM
MD
LG