Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:15

MSK seçkidə Tokayevin qalib gəldiyini bildirir


Kasım- Jomart Tokayev
Kasım- Jomart Tokayev

“20 noyabr vaxtından əvvəl prezident seçkisi siyasi rəqabət olmayan mühitdə keçirilib. Səmərəli hazırlıq görülməsinə baxmayaraq, seçki əsl plüralizmin təmin olunmasından ötrü müvafiq qanunvericilik və onun icrasının ATƏT öhdəliklərinə uyğunlaşdırılmasının vacibliyini göstərdi”, – ATƏT-in müşahidə missiyası noyabrın 21-də bildirib.

+++

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 20-də keçirilmiş seçkinin ilkin nəticələrini açıqlayıb. Rəsmi rəqəmlərə görə, ölkənin hazırkı prezidenti Kasım- Jomart Tokayev səslərin 81.31 faizini toplayıb.

MSK ölkədə 11 milyon 953 mindən çox seçicinin qeydiyyata alındığını, onların 69 faizinin, başqa sözlə, 8 milyon 300 mindən çox seçicinin səs verdiyini açıqlayıb.

Digər namizədlərin 2-3 faiz civarında səs yığdığını, 5.8 faizin, yəni 460 mindən çox seçicinin “hamıya qarşı” səs verdiyi açıqlanıb.

“İnamlı qələbə”

Bu postsovet ölkəsində seçkinin yekin nəticələri ilkin nəticədən çox fərqlənmir.

Hələ ilkin nəticələr açıqlanmazdan öncə prezidentin mətbuat xidməti Tokayevin Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri ilə telefon söhbətləri haqda məlumat yayıb. Məlumata görə, həmkarları Tokayevi vaxtından əvvəl seçkidə “inamlı qələbə” münasibətilə təbrik ediblər.

Tokayev ekzit-pol nəticələri açıqlanandan sonra çıxışında seçkini ədalətli və açıq adlandırıb. Onun sözlərinə görə, seçki qanunauyğun şəkildə keçirilib, namizədlərin hamısına bərabər imkanlar yaradılıb.

Bir çox şərhçilər Tokayevin qalib gələcəyini proqnozlaşdırırdı. Müxalifətsə ona alternativ namizədlərin az tanındığını, onların məhz rəqabət görüntüsü yaratmaq üçün seçkiyə cəlb olunduğunu deyirdilər.

Pozuntular

Müşahidəçilər seçkidə pozuntuların olduğunu bildirib. Almatıda müstəqil müşahidəçi səhər erkən seçki məntəqəsinə gedərkən saxlanıb, polis bölməsinə aparılıb. Bir neçə saat saxlanandan sonra buraxılan namizədə saxlanma səbəbi izah edilməyib.

Digər müstəqil müşahidəçilərə maneələr yaradılması haqda xəbərlər gəlib.

Müxalifət əsasən Almatıda bir neçə etiraz aksiyası keçirib. “Oyan, Qazaqstan!” hərəkatının on fəalı “Düzgün seçkilər uğrunda” deviziylə mitinq keçirərkən saxlanıb.

Tokayev sentyabrın əvvəlində növbədənkənar seçkiləri elan edib. Konstitusiyaya son dəyişikliklər prezidentlik müddətini yeddi ilə uzadıb.

XS
SM
MD
LG