Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:52

Vergi müfəttişləri yenidən 'Turan'da...


Vergi əməkdaşları "Turan" agentliyində - 16Avq2017
Vergi əməkdaşları "Turan" agentliyində - 16Avq2017

Bu gün, avqustun 28-də “Turan” İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar.

Verilən məlumata görə, əməkdaşlar “Turan” İA-ya qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.

Dindirilmə barəsində detallı bilgi verilmir. Agentliyin bütün jurnalistlərinin və texniki işçilərinin ifadəsinin alındığı bildirilir.

Buna da bax:​ 'Bircə 'Turan' qalmışdı...' - agentliyə vergi reydinə reaksiyalar

Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara agentliyin əməkdaşlarının və vəkil Fuad Ağayevin iştirakı ilə “Turan” İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilir.

Xatırlatma

Vergilər nazirliyi avqustun 8-də «Turan» Agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. Agentlik ittihamları qəbul etmir.

Buna da bax: Sərhədsiz Reportyorlar 'Turan'a cinayət işi açılmasını pisləyir

Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

«Turan» İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.

XS
SM
MD
LG