Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:00

Türkiyə Putinin qaz planını dəstəkləyir


Arxiv fotosu
Arxiv fotosu

Türkiyə oktyabrın 14-də Rusiyanın sıradan çıxmış kəmərlərinə alternativ olaraq Türkiyə ərazisində qovşaq yaradılmasına dair planını dəstəkləyib

Rusiyanın Gazprom şirkəti bildirir ki, Avropaya qaz nəql edən Şimal Axını kəmərlərinin əvəzlənməsinə ehtiyac var.

Türkiyə oktyabrın 14-də Rusiyanın bu kəmərlərə alternativ olaraq Türkiyə ərazisində qovşaq yaradılmasına dair planını dəstəkləyib.

Reuters yazır ki, bu plana əsasən Türkiyə partlayış nəticəsində sıradan çıxmış Şimal Axını kəmərlərinə alternativ marşruta tranzit olmalıdır.

Bu barədə təklifi Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdoğanla Astanada keçirilən görüşündə irəli sürmüşdü.

Lakin bütün bunlara baxmayaraq qaz istehlakında Rusiyadan 40 faiz asılılığı olan Avropa İttifaqı artıq alternativ marşrutların axtarışındadır.

Aİ Rusiya Ukraynaya hərbi müdaxilə edəndən bəri Moskvanın qaz asılılığından çıxmağa çalışır.

Avropa İttifaqında qazın əsas idxalçıları olan Almaniya və İtaliya artıq alternativ təchizat mənbəyi tapıblar və qarşıdan gələn qışdan əvvəl qaz anbarlarını doldurublar.

Şimal Axını kəmərlərinin böyük bir hissəsi yenidən tikilməlidir

Rusiyadan Almaniyaya qaz nəql edən Şimal Axını 1 və Şimal Axını 2 kəmərləri ötən ay partlayış nəticəsində sıradan çıxarılıb.

Rusiya və Qərb bu təxribat aktına görə bir-birlərini ittiham edirlər, amma heç bir tərəfin bu barədə konkret sübutu yoxdur.

Gazprom-un rəhbəri Aleksey Miller Rusiya dövlət televiziyasına müsahibəsində deyib ki, “belə bir terrorçu aktdan” sonra sözü gedən kəmərlərin böyük bir hissəsi əvəz edilməlidir.

O bildirib ki, söhbət faktiki olaraq kəmərlərin yeni sektorunun tikintisindən gedir.

Miller deyib ki, Rusiya Avropaya qaz nəqli üçün alternativ marşrut barədə Türkiyə ilə konkret danışıqlara gələn həftə başlayacaq.

Türkiyə prezidenti Recep Tayyip Ərdoğan Rusiya qazı üçün qovşaq yaradılması barədə ölkəsinin Enerji Nazirliyinə göstəriş verib.

Norveç Avropanın əsas təchizatçısına çevrilir

Bu arada Norveç polisi oktyabrın 14-də bildirib ki, ölkənin cənub-qərbindəki Kaarsto qaz emalı zavodu üzərində qeydə alınmış dron barədə məlumatları araşdırır.

Polis habelə Nihamna qaz emalı zavoduna qarşı terror hədəsi ilə bağlı araşdırma aparır.

Rusiyadan qaz nəqli kəskin azaldıqdan sonra Norveç Avropa İttifaqının əsas qaz təchizatçısına çevrilib.

Bakının dar səkiləri - standarta əməl olunmur
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Bu da xəbər verilir ki, qalxmaqda olan enerji qiymətlərinin cilovlanması məqsədilə Avropa İttifaqı liderləri bu qiymətlərə yuxarı hədd qoyulmasının müzakirəsi üçün toplanacaqlar.

Bu görüşün oktyabrın 20-21-də keçiriləcəyi gözlənilir.

Belçikanın baş naziri Aleksander De Kru deyib ki, elektrik qiymətlərinə birtəfli həddin qoyulması enerjinin başqa bazarlarda satılmasına və onun ölkəsində elektrik kəsintisinə səbəb ola bilər.

Britaniya istehlakçıları isə qışa hazırlıq üçün səyyar generatorlar və projektorlar, habelə isti qış paltarları almağa başlayıblar.

XS
SM
MD
LG