Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 20:36

Türkiyədə dörd rusiyalı casusluq ittihamıyla saxlanıb


Türkiyədə çeçenlər
Türkiyədə çeçenlər

“Sabah” qəzetinin məlumatına görə, istintaq saxlananların Rusiyaya işlədiyini bildirir

İstanbulda altı əcnəbi casusluq ittihamıyla saxlanıb. Onların dördü Rusiya, qalanları Özbəkistan və Ukrayna vətəndaşlarıdır. Həmin şəxslərin Türkiyədə yaşayan çeçen müxalifətçilərə hücum hazırladığı, bu məqsədlə silah aldığı bildirilir.

Xəbəri yayan “Hürriyet” qəzeti həbs olunanların adlarını da açıqlayıb. Rusiyalılar Abdulla Abdullayev, Rövşən Əhmədov, Beslan RasayevAslanbek Abdulmüslimovdur. Ukrayna və Özbəkistan vətəndaşlarının isə İqor YefrimAmir Yusipov olduqları deyilir.

Rusiyaya işlədikləri bildirilir

“Sabah” qəzetinin məlumatına görə, istintaq saxlananların Rusiyaya işlədiyini bildirir. Onlara irəli sürülən maddələrdə 15-20 il həbs cəzası nəzərdə tutulub. Rusiya səfirliyi və Xarici İşlər Nazirliyi isə hələlik, xəbərə münasibət bildirməyib.

Əcnəbilərə qarşı xüsusi əməliyyatı Türkiyənin Milli kəşfiyyat təşkilatı və İstanbul polisinin terrorçuluqla mübarizə idarəsi aparıb. Şübhəlilərdən üç tapança, patron və digər silahların götürüldüyü bildirilir.

2016-cı ildə Türkiyədə qətl ittihamıyla rusiyalılar Yuri AnisimovAleksandr Smirnov saxlanıblar. Onlar Çeçenistanın müstəqilliyinin tərəfdarı olan yeddi çeçenin qətlində əli olmaqda təqsirli biliniblər.

Türkiyə polisi təqsirləndirilənləri Rusiya xüsusi xidmətinin əməkdaşları hesab edir. Həmin şəxsləri ilhaq edilmiş Krımda həbs olunmuş, Rusiyanın ekstremist təşkilat hesab etdiyi Krım Tatar Milli Məclisinin həmsədrlərinə dəyişdiriblər.

Son illər Çeçenistan lideri Ramzan Kadırovun Rusiyadan kənarda yaşayan tənqidçilərinə bir neçə dəfə hücumlar olub.

Yanvarda İsveç məhkəməsi Çeçenistandan olan iki rusiyalını uzunmüddətli həbsə məhkum edib. Onlar ötən il Kadırovun tənqidçisi, mühacirətdə yaşayan çeçen bloger Tumso Abduraxmanova qətl cəhdində təqsirli biliniblər.

İnsan haqları qrupları Kadırovu irimiqyaslı insan haqları pozuntularında ittiham edirlər, özü isə bunu təkzib edir.

XS
SM
MD
LG