Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:23

BMT: Ukrayna müharibəsində azı 8500-dək mülki həlak olub


Buça qurbanlarının ümumi məzarı
Buça qurbanlarının ümumi məzarı

BMT İnsan Haqları Ali Komissarlığı bildirir ki, Rusiyanın tammiqyaslı hərbi müdaxiləsi başlanandan bəri Ukraynada 8500-dək mülki həlak olub.

Komissarlıq bildirir ki, real ölüm rəqəmi daha yüksək ola bilər.

Aprelin 11-də açıqlanmış hesabatda deyilir ki, hərbi əməliyyatlar başlanandan aprelin 9-dək 8490 mülki həlak olub və daha 14 min 244 nəfər xəsarət alıb:

"İnsan Haqları Ali Komissarlığı inanır ki, həqiqi rəqəmlər bundan xeyli yüksəkdir, çünki intensiv hərbi əməliyyatların getdiyi yerlərdən məlumatlar gecikir və bəzi məlumatlar hələ də dəqiqləşdirilir”.

Mariupol və başqa yerlər

Hesabatda qeyd olunur ki, söhbət, dinc əhali arasında çoxsaylı itkilərə dair iddialar olan, məsələn Mariupol (Donetsk vilayəti), Lisiçansk, Popasna və Severodonetsk (Luhansk vilayəti) və başqa yerlərdən gedir.

Açıqlamada deyilir ki, Ukrayna hökumətinin nəzarətində və Rusiya qüvvələrinin atəşi altında olan ərazilərdə 18 min 280 ölən və yaralanan (ölü sayı 6596) olub.

Bundan başqa Rusiyanın işğalı altında olan Ukrayna ərazilərində 1894 nəfər həlak olub və 2560 nəfər xəsarət alıb.

BMT bildirir ki, 7011 mülki şəxs bilavasitə artilleriya və aviasiya bombardmanlarında ölüb. Bu hücumlar zamanı xəsarət alanların sayı isə 13 min 495 nəfərdir.

Hesabatda deyilir ki, real rəqəmlər daha yüksək olmalıdır.

Hərbi cinayətlər

Rusiya qoşunları müharibənin ilk günlərindən indiyədək Ukraynanın nəzarəti altında olan şəhər və kəndləri, yaşayış məskənlərini, habelə mülki enerji infrastrukturunu atəşə tutmaqda ittiham edir.

Rusiya bu barədə çoxsaylı sübutların olmasına rəğmən mülki obyektlərə zərbələr endirdiyinə dair ittihamları rədd edir.

Bu ayın əvvəlində BMT-nin İnsan Haqları Şurası əksəriyyətin səs çoxluğu ilə müdaxilə zamanı törədilmiş hərbi cinayətləri araşdıran qurumun mandatının uzadılması barədə qərar qəbul edib.

XS
SM
MD
LG