Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:08

Macarıstan Ukraynaya yardıma veto qoysa, Aİ-nın 'B planı' var


Avropa İttifaqı (Aİ) Macarıstanın hər hansı vetosu üzərində işləyə və Ukraynaya 50 milyard avro (53,4 milyard dollar) yardım edə biləcək.

Bu sözləri Aİ rəsmiləri bildirib.

İttifaqın icra orqanı Rusiyaya qarşı müharibənin davam etdiyi vaxtda Ukraynanın maaşları ödəməsi və digər xərcləri qarşılaması üçün büdcə dəstəyinin genişləndirilməsini təklif edib

Növbəti ay, dekabrın 14-15-də keçiriləcək sammitdə Ukraynaya yardım paketi səsverməyə çıxarılacaq.

"Macarıstan öz uğurunu riskə salır. Biz onların yanımızda olmasına üstünlük veririk, lakin bir məsələ var ki, insanlar rəsmi Budapeştin hər kəsi girov saxlamasından bezirlər", - AB rəsmilərindən biri deyib.

XS
SM
MD
LG