Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:40

Rusiya Ukrayna ərazisinə 18 raket zərbəsi endirib


Pavloqrad
Pavloqrad

Rusiya mayın 1-də gecə saatlarında Ukraynaya 18 raket zərbəsi endirib. Ukrayna hava hücumundan müdafiə qüvvələri onların demək olar ki, hamısını vurduğunu bildirib.

Üç saatdan çox davam edən hava hücumu nəticəsində ölənlərin və dəyən zərərin miqyası, hələ ki, dəqiq bilinmir.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujninin Telegram hesabında yazılıb ki, yerli vaxtla saat 2.30 radələrində atılan 18 raketdən 15-i məhv edilib.


Sənaye obyektləri də vurulub

Kiyev şəhər rəsmiləri paytaxta yönəldilmiş bütün raketlərin məhv edildiyini bildiriblər.

“İlkin məlumatlara görə, mülki əhali arasında tələfat, yaşayış obyektlərinin və ya infrastrukturun dağılması qeydə alınmayıb”, – şəhər administrasiyası bildirib.

Xarkov, Dnepropetrovsk və Sumi vilayətlərində də partlayışlar qeydə alınıb.

Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində bir neçə məkanla yanaşı sənaye obyekti də vurulub. Ərazidəki alovlar gecə səmasını saatlarla işıqlandırıb.

Vilayət administrasiyasının başçısı Serhiy Lısak Pavloqrada hücumda 3-ü uşaq olmaqla 25 nəfərin yaralandığını, 7 raketin isə hava hücumundan müdafiə bölmələri tərəfindən vurulduğunu bildirib.

O, Telegram-da yazıb: “Pavloqradda sənaye müəssisəsi zədələnib. Yaşayış massivində 19 çoxmərtəbəli bina, 25 fərdi yaşayış evi, 6 təhsil müəssisəsi, 5 mağaza, 40-a yaxın yaşayış binasına ziyan dəyib”.

“Hücuma hazırlıq”

Son günlər Ukraynada, eləcə də Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrində, o cümlədən Krımın Qara dəniz yarımadasındakı yanacaq anbarında hava hücumları və digər partlayışların sayı artıb.

Bəzi Ukrayna səlahiyyətliləri yeni partlayışların çoxdan gözlənilən əks-hücumla əlaqəli ola biləcəyinə işarə ediblər.

"Bu iş hamının gözlədiyi genişmiqyaslı, tammiqyaslı hücuma hazırlıqdır". Bunu Ukraynanın cənub müdafiə qüvvələrinin sözçüsü Nataliya Humenyuk “UNİAN” agentliyinə müsahibəsində deyib.

Ukrayna hərbi kəşfiyyatının rəisi Kirilo Budanov aprelin 30-da əks-hücuma hazırlığın “plan üzrə getdiyini” deyib. Amma detalları açıqlamayıb.

XS
SM
MD
LG