Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:05

ABŞ Dövlət Departamenti Mehman Əliyevin dərhal azadlığını istəyir


ABŞ Dövlət Departamentinin loqosu
ABŞ Dövlət Departamentinin loqosu

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı ABŞ Dövlət Departamenti bəyanat verib.

Amerikanın səsi”nin xəbərinə görə, bəyanatda bildirilir ki, biz avqustun 24-ü Azərbaycanın sonuncu, yeganə müstəqil media qurumu – “Turan” İnformasiya Agentliyinin redaktoru Mehman Əliyevlə bağlı üç ay müddətinə həbs qətimkan tədbirinin seçilməsindən dərin narahatlıq keçiririk.

Buna da bax:​ İsa Qəmbər: “Əsas məqsəd azad sözü boğmaqdır”

«“Turan”-a qarşı digər məhdudlaşdırıcı addımlar, o cümlədən bank hesablarının dondurulması və vergidən yayınma ittihamlarının irəli sürülməsi də narahatlıq doğuran hallardır. Azərbaycan hökumətinin may ayında AzadlıqRadiosu-nun və digər müstəqil media qurumlarının veb-saytlarının bloklanması qərarı da daxil olmaqla, mətbuat azadlığının məhdudlaşdırılması istiqamətində atdığı bu addımlar, bütövlükdə ölkədə ifadə azadlıqlarının boğulması ilə bağlı mənfi ənənələrin ən axırıncısıdır.

Biz Azərbaycan hökumətini ATƏT və beynəlxalq öhdəliklərinə müvafiq olaraq Mehman Əliyevi və fundamental azadlıqlarını ifadə etdiklərinə görə həbs edilən hər kəsi dərhal azadlığa buraxmağa çağırırıq».

Buna da bax:​ Mehman Əliyev həbs edildi [video]

Xatırlatma

Avqustun 25-i məhkəmə qərarı ilə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev haqqında noyabrın 7-nə kimi həbs qəti imkan tədbiri seçilib. O, Kürdəxanıdakı istintaq təcridxanasına yerləşdirilib.

Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Müdafiə tərəfi ittihamları qəbul etmir və onu siyasi sifariş sayır.

Buna da bax:​ 'Bir azdan bu Mehmanı da unudacağıq...' - [media icmalı]

Vergilər Nazirliyi avqustun 8-də“Turan” Agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayır.

Üstəlik, agentliyin bütün bank hesabları dondurulub. “Turan” İnformasiya Agentliyinin kollektiv bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.

XS
SM
MD
LG