Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:35

Uşaqların vaksinlənməsi pandemiyaya son qoya bilərmi?


Sentyabrda koronavirus 1-4 yaşlı uşaqlarda ölümə səbəb olan xəstəliklərin arasında statistikaya görə yeddinci olub

ABŞ-ın Qida və Dərman Administrasiyasının vaksinlər üzrə məşvərət palatası 5 yaşdan 11 yaşadək uşaqların təcili qaydada peyvəndlənməsi üçün Pfizer/BioNTech vaksinlərindən istifadəyə icazə verilməsini tövsiyə edib.

Britaniyanın The Week jurnalı ehtimal edir ki, bu icazə tez bir zamanda veriləcək.

Məqalədə deyilir ki, ekspertlər valideynləri uşaqlarını tez bir zamanda peyvənd etdirməyə çağırırlar və bunun zəruriliyinə bir neçə səbəb göstərirlər.

Birincisi, vaksinlərin COVID-19 yoluxmadan daha az təhlükəli olduğu məlumdur.

Uşaqlar koronavirusa yoluxmanı yaşlılardan daha yüngül keçirsələr də və onların arasında yaşlılarla müqayisədə ölüm halları xeyli az olsa da, peyvənd bütün hər halda azyaşlılara qorunma verir.

Ekspertlər bildirirlər ki, Pfizer vaksinin mikroskopik dərəcədə kiçik riski onun nadir hallarda ürək iltihabı yaratmasıdır. Amma bu müvəqqəti fəsaddır və həyat üçün təhlükəli deyil. Onların sözlərinə görə halbuki COVID-19 xəstəliyi həmin o ürək fəsadları da daxil daha böyük təhlükələr yaradır.

Qida və Dərman Administrasiyasının məşvərət palatası bildirib ki, uşaqlarda yoluxmanın yaratdığı təhlükə vaksindən gələn təhlükələri üstələyir.

Jurnal yazır ki, sentyabrda koronavirus 1-4 yaşlı uşaqlarda ölümə səbəb olan xəstəliklərin arasında statistikaya görə yeddinci olub.

Virus ölüm səbəbi kimi 5-14 yaşlılarda 6-cı, 15-24 yaşlılarda isə 4-cü yerdədir.

İngiltərənin kədərli nümunəsi

Məqalədə deyilir ki, COVID virusunun yaratdığı iy və dadbilmənin bəzi hallarda həmişləlik itirilməsi, xroniki yorğunluq, beyin dumanlanması və başqa bu kimi fəsadların uşaqlara təsiri hələ tədqiq olunur.

Lakin müəllifin fikrincə uşaqların peyvəndlənməsi ilk növbədə artıq uşaq olmayan amerikalılar üçün lazımdır:

“Peyvəndsiz uşaqlar kollektiv immunitet divarımızdakı çatdır. Pandemiya o vaxt başa çatacaq ki, virus çoxalmaq üçün tez bir zamanda yoluxmağa hədəf tapmayacaq. İmmunitetdə istənilən artım bizi həmin nöqtəyə yaxınlaşdırır”.

Məqalədə deyilir ki, İngiltərə vaksinləmədə uşaqlara etinasızlıq göstərməyin nə ilə nəticələnməsinin nümunəsidir.

Financial Times qəzetinin ekspertləri bildirirlər ki, yeniyetmələrin vaksinlənməsində İspaniya və Portuqaliyadan geri qalan Britaniyada yoluxmalar tüğyan edir.

Başqa sözlərlə həmin iki ölkədə gənclər və yaşlılar arasında COVID-ə yoluxma halları azalmaqdadır.

Əksinə İngiltərədə yeniyetmələr arasında yoluxmalar kəskin artıb və bu, yaşlı insanlar üçün də təhlükə yaradır.

Məqalədə deyilir ki, bu məsələdə millətlərin yaşı da nəzərə alınmalıdır. ABŞ-da yaşlı əhali az qala bütün Avropa ölkələrində olduğundan azdır.

Orta amerikalı orta britaniyalıdan iki, orta ispaniyalıdan isə 5 yaş cavandır.

Müəllifin fikrincə bu o deməkdir ki, uşaqların vaksin olunmaması Amerikada kollektiv immunitetin yaranmasını Avropada olduğundan daha çətin edə bilər.

XS
SM
MD
LG