Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:53

'Rüşvətalmada adətən video, şifrələnmiş pullar olur. Niyə bu işdə yoxdur?'


Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov
Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov

"Hamı bilir ki, mənim həbsim siyasi sifariş idi. Lənkəran Ağır Cinayətlər Məhkəməsi də sifarişə əməl elədi. Bilirəm ki, sizə də Prezident Aparatından nə sifariş gəlsə, onu eləyəcəksiniz".

Dekabrın 1-də Şirvan Apelyasiya Məhkəməsində yenidən hakim önünə çıxarılan Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov belə deyib.

Keçmiş müstəntiqin 9 il həbsi ilə bağlı hökmdən verilmiş apelyasiya şikayətinə Ələsgər Novruzovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ Üsyankar müstəntiq: 'Əli İnsanova görə həbs olunmuşam...'

Prokuror dəyişib

Bugünkü – dekabrın 1-dəki məhkəmə iclasında prokurorun dəyişdiyi məlum olub. İndən belə ittihamçı tərəfin mövqeyini Siyavuş Sadıqov müdafiə edəcək.

Rüfət Səfərov bu dəfə məhkəmə salonundakı dəmir qəfəsə salınmayıb. Vəkili Bəhruz Bayramovun qəbul edilən vəsatəti ona öz müdafiəçisinin yanında oturmağa yol açıb.

Məhkəmədə ifadə verən Rüfət Səfərov özünü qətiyyən günahkar bilmədiyini, rüşvət alması barədə ittihamların və cinayət işində yazılanların qurama olduğunu söyləyib: "Mən ölkədə insanların haqqının addımbaşı pozulmasına, prokurorluqdakı qanunsuzluqlara dözməmişəm. İfadə azadlığımdan istifadə edib bu halları dilə gətirmişəm. Etiraz olaraq da prokurorluqdan istefa vermişəm. Elə fikir azadlığımdan istifadə etdiyimə görə də qisas almaq üçün mənə bu saxta cinayət işini qondarıblar".

Buna da bax:​ Rüfət Səfərovun müdafiə komitəsi təzyiqlərdən şikayətlənir

"Bu iş başdan-ayağa saxtadır"

Keçmiş müstəntiq deyir ki, ona beş epizod üzrə rüşvətalma ittihamı veriblər. O adamların hamısı bələdiyyə və icra orqanları işçiləridir: "Mənim istefamdan sonra Baş Prokurorluq Zərdab Rayon Prokurorluğuna yoxlama göndərdi. Bu adamlardan mənim əleyhimə istifadə olunub. Onların arasında Mədəniyyət və Turizm Nazirliyinin Zərdab rayon şöbəsinin rəhbəri Eldəniz Abdullayev də var. Guya bu adam mənə rüşvət verib. Bəs niyə istintaqda, məhkəmədə onu mənimlə üzləşdirmədilər? Adətən, rüşvətalma ilə bağlı cinayət işlərində videoçəkiliş, şifrələnmiş pullar olur. Niyə bu işdə yoxdur? Çünki başdan-ayağa saxta cinayət işidir".

Hakim Eldəniz Abdullayevin növbəti dəfə məhkəməyə çağrılacağını bildirib.

Buna da bax:​ 'Üsyankar müstəntiq'i öz məhkəməsinə gətirmədilər

Keçmiş müstəntiqin məhkəməsi dekabrın 22-də davam edəcək.

Xatırlatma

Rüfət Səfərov ötən ilin dekabrında “ölkədəki qanunsuzluqlara və insan haqlarının pozulmasına etiraz olaraq” Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verib. İstefanın ardınca həmin prokurorluqda yoxlama və onun yaşadığı kirayə mənzildə axtarış aparılıb. Yanvarın 15-də Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvətalma) maddəsi ilə ittiham irəli sürülüb və Rüfət Səfərov həbs olunub. Bir həftə sonra - yanvarın 22-də Binəqədi Rayon Məhkəməsi keçmiş müstəntiq barədə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatəti təmin edib.

Buna da bax:​ 'Qiyamçı müstəntiq'in anası: 'Rüfət kimi günahsızlar çoxdur'

Bu il sentyabrın 8-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi Rüfət Səfərova 9 il həbs cəzası kəsib. Keçmiş müstəntiq ittihamların uydurma olduğunu, siyasi baxışlarına, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırıldığını bildirir.

R. Səfərov hakim Yeni Azərbaycan Partiyasından keçmiş deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğludur.

Buna da bax:

Eldar Sabiroğlunun haqqında 3 hekayət yazdığı rəsmi
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

XS
SM
MD
LG