Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:19

'Pfizer'in effekti ikinci dozadan sonra 6 ayadək qalır


Arxiv fotosu
Arxiv fotosu

Araşdırmaya görə, vaksin azı altı ay ərzində COVID-19-dan hospitalizasiyanı 90 faiz önləyir. Hətta yüksək yoluxucu delta ştammına da belə təsir göstərir

Pfizer/BioNTech vaksini 2-ci doza vurulandan sonra 6 ayadək hospitalizasiyadan yüksək səviyyədə qoruyur. ABŞ-da aparılmış araşdırma oktyabrın 4-ə “The Lancet” tibb dərgisində dərc olunub.

Araşdırmaya görə, vaksin azı altı ay ərzində COVID-19-dan hospitalizasiyanı 90 faiz önləyir. Hətta yüksək yoluxucu delta ştammına da belə təsir göstərir.

Ancaq zaman keçdikcə vaksinin effekti azalır, tam vaksinasiyanın birinci ayındakı 88 faizdən 5 ay sonra 47 faizə düşür.

Tədqiqatçılar effektin azalmasını immunitetin getdikcə düşməsilə izah edirlər, nəinki delta ştammı ilə.

3.4 milyon nəfərin elektron məlumatları öyrənilib

Araşdırmada istifadə olunan data avqustda yayılıb. ABŞ səhiyyə orqanları da ötən ay yaşlı və risk qrupunda olan amerikalılara buster dozaları vurmağı tövsiyə edərkən bu dataya istinad ediblər.

Tədqiqatçıların fikrincə, nəticələr qorumanın ilkin mərhələdəki səviyyəsini bərpa etməkdən ötrü buster dozaların gərəkdiyini göstərir.

Araşdırma zamanı Birləşmiş Ştatlarda 3.4 milyon nəfərin elektron sağlıq məlumatları öyrənilib.

Bu tədqiqat yayılan günü Avropa Birliyinin dərman tənzimləyici orqanı üzv ölkələrdə 18 və yuxarı yaşlılara Pfizer/BioNTech vaksininin buster dozaların vurulmasını təsdiqləyib.

Avropa Tibb Agentliyi (EMA) oktyabrın 4-də bildirib ki, “yaşı və 18 yuxarı olanlara ikinci dozadan azı 6 sonra buster dozaların vurulması nəzərdən keçirilə bilər”.

Qərar üzv ölkələrə qalır

Üzv ölkələr indi buster dozalarla bağlı özləri qərar verəcəklər. Bəziləri EMA-nın tövsiyəsini gözləsə də, İtaliya, Fransa, Almaniya və İrlandiyada artıq gücləndriici dozaların vurulmasına başlanıb.

EMA immun sistemi kəskin zəif olanlar üçün ikinci dozadan azı 28 gün sonra BioNTech/Pfizer və Moderna vaksinlərinin buster dozalarını vurmağı tövsiyə edib.

Artıq Birləşmiş Ştatlar, Britaniya, İsrail və bir sıra digər ölkələrdə buster dozalar vurulur.

Dünya Səhiyyə Təşkilatı (DST) isə buster kampaniyalara qarşı çıxır, üçüncü dozanın hospitalizasiya və ölümü azaltmasında təsirinə dəlilin az olduğunu bildirir.

Qlobal səhiyyə qurumu COVID-19-a qarşı əlavə vaksinləri inkişaf etməkdə olan ölkələrə göndərməyə çağırır.

XS
SM
MD
LG