Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 01:58

Vaksin növbəsində kimlər birinci olmalıdır?


Dünyanın bir neçə ölkəsində koronavirusa qarşı vaksin tədqiqatlarının yekun mərhələyə daxil olduğu barədə xəbərlər alınır.

Çin üzərində işlədiyi koronavirus vaksininin təcrübələrin iki mərhələsindən uğurla keçdiyini bildirib.

Britaniyanın səhiyyə naziri Matt Hancock isə deyib ki, ölkə kliniki səviyyədə təsdiq mərhələsini keçməməsinə baxmayaraq yeni vaksinin istehsalına başlayıb.

Nazirin sözlərinə görə, potensial vaksinin istehsalı üçün AstraZeneca əczaçılıq şirkəti ilə Oksford Universiteti arasında konrakt imzalanıb.

Nazir bildirib ki, vaksinin hələ təsdiqdən keçmədən istehsalına başlanmasından məqsəd tez bir zamanda kifayət qədər ehtiyat fondunun yaradılmasıdır.

Matt Hancock xatırladıb ki, məsələn Deksametazon (Dexamethasone) adlı vaksinin anbarlanmasınao hələ təsdiq olunmazdan əvvəl başlanmışdı və indi bu preparat istifadə üçün təsdiq edilib və onun kifayət qədər ehtiyat fondu yaradılıb.

Həkimlər, yaşlılar, xəstələr…

The Times yazır ki, Britaniya hökuməti artıq vaksinin ilk növbədə kimə vurulmalı olduğuna dair strategiyasını da elan edib.

Səhiyyə naziri Matt Hancock iyunun 18-də keçirilən mətbuat konfransında deyib ki, hökumət əhalinin mərhələli vaksinlənməsi üçün prioritet növbəsi tərtib edib.

Bu strategiyaya görə vaksin ilk növbədə koronavirusla mübarizənin ön cəbhəsində olan tibb işçilərinə, bunun ardınca yaşı 50-ni keçənlərə, piylənmə, ürək qüsuru və diabet kimi ağırlaşdırıcı xroniki xəstəlikləri olanlara vurulacaq.

Bununla belə, ekspertlər az sonra istifadəyə veriləcək vaksinlərin nə dərəcədə effektli və təhlükəsiz olacağının hələki bilinməməsindən nigarandırlar.

Hökumət rəsmiləri bildirirlər ki, tibb işçilərinin ilk olaraq vaksinasiya edilməsindən məqsəd həm də virusun xəstəxanalarda yayılmasının qarşısını almaqdır.

Strategiyaya görə vaksinasiya siyahısı koronavirusdan ölüm riskləri nəzərə alaraq tərtib edilib.

Başqa sözlərlə COVID-19-dan yüksək ölüm riski olanlar ilk növbədə peyvənd olunacaqlar.

Yoluxmaları izləmə sistemi hələ olmayacaq

Səhiyyə naziri deyib ki, yeni koronavirusun riskləri öyrənildikcə, vaksinasiya siyahısına da düzəlişlər ediləcək.

Məsələn hazırda qaradərililərin, etnik azlıqlardan olanların koronavirusa yoluxmaq riskinin daha yüksək olduğuna dair məlumatlar var.

Britaniya naziri iyunun 18-də bunu da deyib ki, hökumət hələlik yoluxanların elektron izlənməsi proqramını təxirə salmalı olub.

Onun sözlərinə görə, Uayt adasında aparılan eksperiment izləmə sistemlərinin iPhone üçün səmərəli olmadığını üzə çıxarıb.

Hökumət bunun əvəzində Apple və Google-un birlikdə hazırladıqları tətbiq dizaynına üstünlük verəcəyini bildirib.

ABŞ 300 milyon doza vaksin hazırlayacaq

Bu arada ABŞ Milli Allergiya və İnfeksion Xəstəliklər İnstitutunun direktoru, professor Anthony Fauci iyunun 18-də deyib ki, o hazırlanmış vaksin “elmi cəhətdən əsaslı” olmadığı təqdirdə Trump administrasiyasının vaksinasiyaya noyabr seçkisindən əvvəl başlamaq cəhdinə qarşı çıxacaq.

Forbes jurnalının yazdığına görə, doktor Fauci bildirib ki, o effektivliyindən və təhlükəsizliyindən əmin olmadığı preparata heç vaxt “qol qoymayacaq”.

Doktor Fauci bunu da deyib ki, o COVID-19-a qarşı vaksinin əldə olunmasının mümkünlüyünə tam inanır.

Onun fikrincə belə bir preparatın hazırlanmasına 12 aydan 18 ayadək vaxt lazım gələ bilər.

Bundan əvvəl vitse-prezident Mike Pence bildirmişdi ki, hökumət qarşısına 2021-ci ilin yanvarınadək 300 milyon doza effektiv və təhlkəsiz vaksinin hazırlanması məqsədini qoyub.

XS
SM
MD
LG