Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 03:21

Xədicə İsmayıl "Dünyanın 100 Öncül Mütəfəkkiri" siyahısında!


Xədicə ismayıl
Xədicə ismayıl

►Siyahını ABŞ-ın nüfuzlu "Foreign Policy" jurnalı tərtib edib

AzadlıqRadiosunun hazırda həbsdə olan araşdırmaçı jurnalisti Xədicə ismayıl “Foreign Policy” jurnalının müəyyən elədiyi "Dünyanın 100 öncül mütəfəkkiri" siyahısına düşüb.

Məlumatda bildirilir ki, onun adı bu siyahıya "Xəzər regionunda korrupsiyaya qarşı qəti mübarizə apardığına görə" salınıb.

Məlumatda qeyd edilir ki, məhkəmə bu ilin sentyabrında AzadlıqRadiosunun araşdırmaçı jurnalisti Xədicə İsmayılı vergidən yayınma, qanunsuz sahibkarlıq kimi siyasi motivli ittihamlarla 7 il yarım azadlıqdan məhrum edib.

Xədicə İsmayıl ittihamları rədd edir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.

"Amnesty İnternational" Xədicə İsmayılı "vicdan məhbusu" elan edib.

Qeyd edək ki, jurnal hər il siyasətçilər, ictimai xadimlər, alimlər, tibbi ekspertlər və müğənnilər də daxil olmaqla belə bir siyahı tərtib edir.

2015-ci ildə siyahıya düşən şəxslər müxtəlif sahələri əhatə edir və ilk dəfədir ki, siyahıya kişilrdən çox qadınlar düşüb.

XS
SM
MD
LG