Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:35

Martın 6-da yeni cərimələr qüvvəyə minir, həm də həbslərlə


Azərbaycan, Yol polisi avtomobili, 2008
Azərbaycan, Yol polisi avtomobili, 2008

Martın 6-da quvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində sürücülər üçün xeyli yeniliklər var.Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovsürücüləri bu yenilikləri nəzərə almağa çağırıb.

Ərşad Hüseynovbildirib ki, əsas yeniliklər bunlardır:

“1. Təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə elektron protokollar tərtib olunacaq.

2. Motosiklet sürücüləri isə həm dəbilqəsiz motosiklet sürməyə görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar alacaqlar.

3. Yeni Məcəllədə inzibati məsuliyyətə cəlbetmə müddəti birmənalı olaraq bir ildir. Daha iki ay söhbəti olmayacaq.

4. Yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə yalnız hadisədə təqsirli sürücü (sürücülər), özü də əvvəlki kimi 80 manat yox, 100 manat cərimə olunacaq.

5. Sürücünün avtomobilin idarə edilməsindən kənarlaşdırılması və daha sonra avtomobilin cərimə meydançasına aparılması üçün nəzərdə tutulan hallar olduqda DYP əməkdaşının daha yerində üç saat gözləməsi söhbəti olmayacaq. Müvafiq əsas varsa, avtomobil sənədləşmədən sonra dərhal duracağa aparılacaq.

5. Avtomatik rejimdə tərtib olunan elektron protokol qayda pozuntusundan sonrakı bir ay ərzində “ASAN ödəniş” sisteminə və orada sürücünün özü üçün yaratdığı elektron kabinetə yerləşdirilməzsə, sürücü buna görə məsuliyyətdən azad olunacaq.

Ekspert bildirib ki, bu hüquqdan istifadə etmək üçün hər bir sürücü asanpay.az saytında özü üçün elektron kabinet yaratmalıdır.

XS
SM
MD
LG