Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 11:19

Kreml Kadırovun yerinə adam axtarır?


Putin və Kadırov. Karikatura
Putin və Kadırov. Karikatura

►"Mən dəqiq bilirəm ki, o vaxtdan Kadırov Federal Təhlükəsizlik Xidməti ilə çox güclü qarşıdurmadadır."

Çeçenistan özünü müstəqil elan edərkən onun baş naziri olmuş, hazırda isə Londonda mühacir həyatı yaşayan Axmad Zakayev "Svoboda" Radiosuna müsahibə verib.

O deyib ki, hazırda Çeçenistanla Rusiyanı bağlayan tək şey prezident Putinin Kadırova müsbət münasibət bəsləməsi və Putinə sədaqət müqabilində Moskvadan Kadırova yönəldilən pullardır:

"2006-cı ildə Londona, mənim yanıma Kirsan İlyumjinov (Kalmıkiya Respublikaısnın prezidenti -red.) gəlmişdi. O, Putinin adından gəlmişdi, istəyirdi ki, mən Rusiyaya qayıdım. Elə həmin vaxtlarda Ruslan Atlangeriyev (Ramzan Kadırovun atası Axmad Kadırov və FTX-nin bir sıra əməkdaşları ilə yaxın münasibətlərdə olmuş çeçen avtoriteti - red) də mənimlə əlaqə saxladı. O, FTB-nin direktor müavini Bortnikovla əlaqəli olduğunu gizlətmirdi. Ondan öyrəndim ki, FTB Kadırovun yerini tutmaq üçün adam axtarır, onlar Kadırovdan canlarını qurtarmağa şad olardılar, amma uYğun variant tapa bilmirdilər. Mən dəqiq bilirəm ki, o vaxtdan Kadırov FTX ilə çox güclü qarşıdurmadadır. O vaxt Kadırov cəld tərpənib öz mümkün rəqiblərindən canını qurtardı."

___________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

A.Zakayev
A.Zakayev

Axmad Zakayev deyib ki, əgər bir gün Putin Kadırovu istefaya göndərmək istəsə bu, sonuncunun ətrafında böyük narazılığa səbəb olacaq. Çünki Kadırovun getməyə yeri yoxdur. O, sırf Putin tələb etdiyinə görə Suriyadakı əməliyyatları, şiələri və Bəşər Əl-Əsədi dəstəkləyib. Nəticədə əgər əvvəl Türkiyəyə. Ərəb Əmirliklərinə, yaxud Səudiyyə Ərəbistanına gedə bilərdisə, indi bunu da edə bilməyəcək. Ona görə də Kadırovu uzaqlaşdıra bilmək üçün əvvəlcə güc strukturları onun yaxın ətrafı arasında xüsusi əməliyyat keçirməlidirlər, əks halda Kadırovu adi əmrlə uzaqlaşdırmaq mümkün olmayacaq.

Axmad Zakayevin fikrincə, Putinin "Kadırov layihəsi" Qafqazda müharibənin qarşısını almır, əksinə, Şimali Qafqazda, xüsisən də İnquşetiya və Dağıstanda vəziyyəti gərginləşdirir. O deyir ki, Kadırov bunu özünün Qafqazdakı Rusiya jandarmı rolunu qabartmaq üçün edir:

"İndi Çeçenistan sakitləşib. Çeçenistanda heç bir müqavimət yoxdur. Respublikanın sakitləşdiricisi kimi Kadırova ehtiyac azalmağa başlayıb. Kadırov çox yaxşı bilir ki, güc strukturları onu taxtdan salmaq üçün uyğun vaxt gözləyirlər. Buna görə də onun Putinə özünün başqa problemli regionlarda, İnquşetiya və Dağıstanda da faydalı ola biləcəyini göstərmək ehtiyacı yaranıb".

Ramzan Kadırov
Ramzan Kadırov

O əlavə edib ki, Putin bir çox addımlarını Kadırovla məsləhətləşmədən ata bilmir və Şimali Qafqazla bağlı bütün məsələləri onunla müzakirə edir.

Zakayevin sözlərinə görə, əgər Çeçenistan Rusiyadan ayrılsa, Kadırov həmin an hakimiyyəti itirəcək. O deyir ki, Kadırov hazırda Putinin və Rusiya dövlətinin dəstəyi sayəsində hakimiyyətdədir. "Əgər bu dəstək olmasa çeçenlər onu devirər və törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edərlər"- deyə Zakayev bildirib.

Jurnalistin "Kadırov sizi artıq neçənci dəfədir ki, Çeçenistana qayıtmağa çağırır. Niyə onun istəyini rədd edirsiniz?" sualına Axmad Zakayev belə cavab verib:

"Bu onun ambisiyaları, şöhrətpərəstliyidir. Kadırov milli qəhrəman olmaq istəyir, tarixə düşmək istəyir. Ancaq o bilir ki, o, satqındır. Nə qədər ki, əlində çeçen bayrağını tutan və Kadırovun tarixə milli xəyanətkar kimi düşəcəyini xatırladan Zakayev var, o sakitləşməyəcək. Məhz buna görə də Kadırov məni ya siyasi cəhətdən neytrallaşdırmaq, ya da fiziki olaraq məhv etmək istəyir. Ancaq mən Kadırovla atasının xəyanət etdiyi ideyanın daşıyıcılarından yalnız biriyəm. Mən olmasam belə, Çeçenistanın müstəqilliyi ideyası, reallığa çevrilənə qədər mövcud olacaq. Bu ideya əsrlərdir ki var."

Buna da bax...

Sahibkarlar Dəmiryol İdarəsinin qarşısında etiraz etdilər
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

XS
SM
MD
LG