Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 09:38

Həbsdəki generalın ailəsi prezidentə müraciət etdi


Zakir Nəsirov
Zakir Nəsirov

►“Zakir Nəsirov MTN–DİN çəkişməsinin qurbanı olub”

Daxili İşlər Nazirliyinin (DİH) Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, Hacı Məmmədov olaylarına görə ömürlük azadlıqdan məhrum edilmiş Zakir Nəsirovun ailə üzvləri prezidentə müraciət edib. Müraciətdə bildirilib ki, MTN-in keçmiş rəhbərliyinin qanunsuz əməllərindən ziyan zəkənlərdən biri də Zakir Nəsirov olub. Bu barədə AzadlıqRadiosuna Zakir Nəsirovun vəkili Adil İsmayılov məlumat verib.

MÜRACİƏTLƏR ARAŞDIRILIR

Keçmiş generalın heç bir cinayət törətmədiyini, MTN-in keçmiş rəhbərliyilə DİN arasındakı çəkişmənin qurbanı olaraq 2005-ci ildən bəri həbsdə saxlanıldığını vurğulayan vəkilin sözlərinə görə, hələlik müraciətə heç bir cavab verilməyib:

Adil İsmayılov:

"Məndə olan məlumata görə, MTN-in sabiq rəhbərliyinin qanunsuz əməlləri barədə müraciətlərin hamısı Respublika Prokurorluğunda xüsusi komissiya tərəfindən araşdırılır. Sonradan həmin məlumatların bir qismi MTN olayları ilə bağlı istintaqı aparan orqana göndərilir. Elə müraciətlər də olur ki, onların təsdiqini tapmadığı barədə ərizə sahiblərinə cavab verilir. Zakir Nəsirovun ailə üzvlərinə hələ ki, heç bir məlumat verilməyib".

Buna da bax: Antisovet şampan şərabı

Hacı Məmmədov
Hacı Məmmədov

HACI MƏMMƏDOVUN VƏKİLİNƏ DƏ CAVAB VERİLMƏYİB

Qeyd edək ki, Hacı Məmmədovun vəkili Afət Qazıyeva da bu cinayət işinin təzələnməsi, yenidən araşdırma aparılması üçün aidiyyəti qurumlara müraciət edib.

Bu yaxınlarda Hacı Məmmədov ailə üzvləri vasitəsilə mətbuata açıqlama verərək MTN-in keçmiş rəhbərliyinin təzyiqi altında bir sıra yalan ifadələr verdiyini, konkret Zakir Nəsirova qarşı ifadələrinin həqiqətə uyğun olmadığını bildirmişdi. Hacı Məmmədovun vəkilinin müraciətinə də hələ ki, cavab yoxdur.

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili, bir sıra adam oğurluqları və qətllərdə ittiham olunan Hacı Məmmədov və dəstəsi 2005-ci il martın 10-da ifşa olunub.

Bu iş üzrə 20-dən artıq adam cinayət məsuliyyətinə cəlb olunub ki, onların da bir qismi ömürlük azadlıqdan məhrum edilib. Ömürlük həbs cəzası alanlar arasında keçmiş general Zakir Nəsirov da var.

XS
SM
MD
LG