Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:23

Zelenski deyir ki, Makron ondan Putinə güzəştə getməsini istəyib


Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski (sağda) və Emmanuel Makronun fevralın 8-də Kiyevdə görüşü
Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski (sağda) və Emmanuel Makronun fevralın 8-də Kiyevdə görüşü

Zelenski bunun “çox da nəzakətli təklif olmadığını” vurğulayıb. O bildirib ki, “Ukrayna kiminsə üzünün sulu qalması üçün ərazilərini itirə bilməz”

Fransa prezidenti Emmanuel Makron Ukraynaya öz suverenlyi hesabına güzəştə getməyi təklif edib ki, Rusiya prezidenti Vladimir Putin bu böhrandan “üzü sulu” çıxsın.

Bunu İtaliyanın Rai 1 telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Zelenski bunun “çox da nəzakətli təklif olmadığını” vurğulayıb. O bildirib ki, “Ukrayna kiminsə üzünün sulu qalması üçün ərazilərini itirə bilməz”.

Zelenski bu söhbətin hansı şəraitdə baş verməsindən və Makronun güzəşt ricasının konkret mahiyyətindən danışmayıb.

AzadlıqRadiosu yazır ki, Makron son dəfə Moskvaya və Kiyevə fevral aylında, hələ Moskvanın Ukraynaya qarşı əsassız və səbəbsiz müharibəsi başlanmazdan əvvəl səfər etmişdi.

Sonra müharibə oldu...

Ovaxtkı media xəbərlərində deyilirdi ki, Makronun Putindən Zelenskiyə təklif çatdıracağı gözlənilir.

Söhbət ilk növbədə Minsk razılaşmalarının təfsir olunmasından gedirdi.

Müharibə Makronun səfərindən düz iki həftə sonra baş verib.

Zelenski müsahibəsində deyib ki, “Emmanuelin diplomatik reveranslar etməsinə ehtiyac yoxdur”.

Ukrayna prezidentinin fikirncə, “Putinin üzünün suyunu saxlamaqdansa, Rusiyanın bir dövlət kimi saxlanması barədə düşünmək lazımdır”.

Moskva dediyindən dönmür

Volodimir Zelenski bildirib ki, o əvvəlki kimi Putinlə görüşməyə hazırdır, amma bu görüş heç bir ön şərt və ultimatumlar qoyulmadan baş verməlidir.

Kremlin sözçüsü Dmitri Peskov mayın 13-də deyib ki, belə bir görüş hər hansı müzakirələr üçün deyil, yalnız sənədlərin imzalanması üçün keçirilə bilər.

Bəzi Rusiya rəsmiləri habelə Moskvanın Ukraynanın Avropa İttifaqına üzvlüyünə dair fikrinin dəyişdiyini bildirirlər.

Onlar deyirlər ki, indiki vəziyyətdə Moskva Ukraynanın Aİ-yə qoşulmasına qarşıdır.

Mayın 12-də Emmanuel Makron bildirib ki, Ukraynanın Aİ üzvü olması üçün çox uzun zaman lazım gələcək.

XS
SM
MD
LG