Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:56

Zeynəb Xanlarova: ‘Xəzər dənizinin hasarlanması ilə bağlı məsələ qaldırmışdım...’


Zeynəb Xanlarova
Zeynəb Xanlarova

“Mənim prezidentim uzaqgörən, öz vətənini sevən, öz vətəndaşlarına xidmət edən, yüksək intellekt sahibidir. Mənim prezidentim dünyada öz sözünü deyən bir şəxsiyyətdir. O, bilir nə edir. Biz də prezidentimizin getdiyi yol ilə gedirik”.

Deputat, Azərbaycanın xalq artisti Zeynəb Xanlarova modern.az-a müsahibəsində belə deyib.

Siyasətdən uzaq adam olduğunu vurğulayan deputat incəsənət sahəsinin problemlərindən bəhs edib.

Buna da bax: Zeynəb Xanlarova: «Heydər Əliyev mənə dedi ki, ay qız, o nə yazı idi yazmışdın»

“Sənətçi gündəmə sənətlə gəlməlidir. Eləcə də özünə hörmətlə, xalqa məhəbbətlə gəlməlidir. Sənət adamı ancaq özü üçün yaşamır. Çünki o, qiyməti xalqdan alır. Bəzən deyirlər ki, "toyxana oxuyanları”, nə bilim, nə... Amma bunlar axı toya getməsə, acından öləcək... Mən müəllim görmüşəm süpürgəçilik edir. Hərə bir şeydən qazanmalıdır, evini dolandırmalıdır”.

Z.Xanlarova hazırda Azərbaycanda yaxşı bəstəkarın qalmadığını qeyd edib.

“Yaxşı bəstəkarların hamısı gediblər, yaxşı mahnılar da ... Hərə bir şey quraşdırıb oxuyur. Sonra da deyirlər ki, "toyxana.., bayağı mahnılar...”. Yaxşı mahnı yazan yoxdu, yazan olsa, onlar da oxuyarlar. Qara Qarayevi, Fikrət Əmirovu tapacaqsızmı? Bunlar hamısı getdilər. Yazanlar onlar idi. Cahangir Cahangirovun əsərləri var idi. Mənə desinlər ki, beş saat dayanmadan ifa et, edərəm. Danışmaqla aram yoxdu mənim”.

Buna da bax: Zeynəb Xanlarova: «İstəyirlər ki, xalq ayağa qalxıb hasarları dağıtsın?» [Video]

Z.Xanlarova ziyalıların durumu haqda da danışıb.

“Ziyalı ac olmamalıdır. Həmişə çıxışlarımda da demişəm, alimə də, həkimə də, müəllimə də hörmət etmək lazımdır. Onların maaşı artırılmalıdır. Bağdan gəlirəm, şəhərin içi ilə. Deyirəm ay Allah, Bakı necə dəyişib? Sürücüm deyir ki, bu filan nazirin bağıdır, bu o biri nazirin villasıdır. Mən başa düşmürəm ki, bir belə pul bu nazirə hardan gəlir? Bu oliqarxlara pullar hardan axır? Niyə bu məmurlar prezidentimizdən nümunə götürmürlər. Təbii ki, böyük işlər görülür. Bunu bütün dünya bilir. Amma bəzi məmurlar öz cibləri üçün çalışırlar”.

Buna da bax: Cavanşir Quliyev: "Hökumət fəxri adla, evlə, prezident rüşvətiylə sənətçiləri özünə bağlayıb"

Deputat kimi parlamentdə qaldırdığı məsələlərin həlli durumuna toxunan Z.Xanlarova deyib ki, həmin məsələlər dırnaq içində həllini tapır.

“Bir müddət öncə Xəzər dənizinin hasarlanması ilə bağlı məsələ qaldırmışdım. Elə həmən hasardı, həmən də evlər. Kim söküb, kim dağıdıb, eləcə də qalıb. Onlar bünövrəni elə qurmayıblar ki, söksünlər də. İndi heç kimin vecinə də deyil. Bahalı maşınlar alıb verirlər uşaqlarına, adam da öldürürlər. Hər kəs öz işindədir... Bir mənim deməyimlə heç nə düzəlməyəcək. Əyri boyun düzələn deyil. Demişdim də, hasarları söksünlər. Niyə eləmədilər?...”, – deyə o sual edib.

XS
SM
MD
LG