Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:20

İqtisadçı: “Azərbaycanda da Nigeriyadakı kimi üç nəfərdən biri yoxsuldur”


Zöhrab İsmayıl, iqtisadi ekspert
Zöhrab İsmayıl, iqtisadi ekspert

Bu həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı həmin Komitənin sədri Ziyad Səmadzadə Nigeriyanı misal çəkib.“Nigeriyaya baxsaq, bizdən çox neft hasil edirlər, amma əhalinin 30-40 faizi yoxsuldur ”, deyə o vurğulayıb

Komitə sədri habelə bildirib ki, 1993-cü ildə Azərbaycanda yoxsulluq 86 faiz olubsa, hazırda 5-6 faizə endirilib.

İqtisadçı Zöhrab İsmayıl da Ziyad Səmədzadənin bu fikirlərini dəyərləndirərkən deyib ki, Azərbaycan Nigeriya kimi ölkələrlə müqayisə edilə bilər, amma müqayisə bir az dərindən aparılmalıdır:

Z.İsmayıl vurğulayıb ki, Nigeriya neft istehsalına görə dünyada 13-cü yeri tutur (gündəlik 2000 barel) və bu Azərbaycanın istehsalından təxminən 2.4 dəfə çoxdur.Amma iqtisadçı əlavə edib ki, Azərbaycanla müqayisədə Nigeriyanın ərazisi 11 dəfə, əhalisi isə 19 dəfə çoxdur:

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

“Minimum əməkhaqqı bizdə 106 dollar, Nigeriyada isə 175 dollardır”

“190 milyon əhalisi olan Nigeriya ümumən Azərbaycandan çox neft istehsal etsə də, adambaşına neft istehsalına görə, bizdən 10 dəfə geri qalır. Bununla belə bu gün Nigeriyanın bir çox sosial göstəriciləri Azərbaycanı üstələyir. Minimal əməkhaqqı bizdə 106 dollar, Nigeriyada isə 175 dollardır. ”.

Z.İsmayıl Nigeriyanın əhalisinin 33 faizinin yoxsulluq həddindən aşağı səviyyədə yaşadığını tsədiqləyib və səbəb kimi də onillərlə davam etmiş vətəndaş müharibəsi və korrupsiyanı göstərib:

“Amma Beynəlxalq Şəffaflıq Təşkilatının korrupsiyanı qavrama indeksinə görə, Nigeria (144) Azərbaycandan (152) 8 pillə öndədir. Azərbaycanda yoxsulluğun səviyyəsinə gəldikdə, bu barədə rəsmi məlumat (5 faiz) gülüş doğurur və saxtadır. Problem ondadır ki, Azərbaycanda Nigeriyadan fərqli olaraq yoxsulluqla bağlı gerçək məlumatlar gizlədilir. Amma təxminlərə görə, Azərbaycanda da Nigeriyada olduğuğu kimi üç nəfərdən biri yoxsuldur”.

Buna da bax: İqtisadiyyatın üzərindən 'kölgəni' götürmənin yolları

XS
SM
MD
LG