Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 01:58

Iranda qanlı toqquşmalarda ölənlər var


20 iyun 2009. Tehranda etraz nümayişləri
20 iyun 2009. Tehranda etraz nümayişləri





DEVİD MİLİBAND: "XARİCİ ÖLKƏLƏR İRANDA ETİRAZÇILARA DƏSTƏK VERMİR"


Bunu Böyük Britaniyanın xarici işlər naziri David Miliband deyib.

O İranın daxili işlərinə qarışmamaqla bağlı prezident Mahmud Əhmədinejadın çağırışına cavab olaraq belə deyib.

Miliband deyib ki, öz hökumətini seçmək İran xalqının, ədalətli seçkilərə təminat vermək isə İran hakimiyyətinin işidir.

O əlavə edib ki, bu cür toqquşmalar yalnız İranın beynəlax aləmdə imicinə xələl gətirə bilər.




20 İyun 2009. Tehranda qanlı toqquşmalar davam edir





DÜNƏN TEHRANDA BAŞ VERMİŞ TOQQUŞMALARDA AZI 10 ADAM ÖLÜB


İrandan son xəbərlər

Dünən Tehranda nümayişçilərlə polis arasında baş vermiş toqquşmada azı 10 nəfər ölüb, 100-dən çox adamsa yaralanıb.

Məlumatı İranın dövlət televiziyası yayıb.

Dövlət televiziyası polislə toqquşanları terrorçu qrup kimi qələmə verib.

İngilis dilində yayılan " Press TV" həmçinin dünənki toqquşmalarda 2 yanacaqdoldurma məntəqəsi və 1 məsçidin yandırıldığını, polis məntəqəsinə hücum edildiyini xəbər verir.

Qərb agentlikləri isə şahidlərə istinadla hökumətpərəst hərbi Bəsic qrupunun nümayişçilərə atəş açdığını xəbər verirlər.

20 iyun 2009 Tehran. Etiraz aksiyasının iştirakçılarına qarşı gözyaşardiçi qaz tətbiq olunub



TEHRAN POLİSİ MUSAVİYƏ XƏBƏRDARLIQ EDİB

Tehranın polis rəisi muxalifət lideri Mirhüseyin Musaviyə xəbərdarlıq edib ki, istənilən iğtişaşa qəti cavab veriləcək.

Polis rəisi İsmail Əhmədi Müqəddəm Musaviyə göndərdiyi məktubda onu quldurlar üçün gizli, qanunsuz mühit yaratmaqda günahlandırıb.

Bu barədə İran qəzetləri xəbər verir.

Həmçinin ölkənin təhlükəsizlik şurası bundan əvəl müxalifət liderlərinə xəbərdarlıq edib ki, istənilən qanunsuz aksiyaya görə məsuliyyət daşıyacaqıar.


MUSAVİ : " İRAN İSLAM RESPUBLİKASI YALAN VƏ FIRILDAQDAN TƏMİZLƏNMƏLİDİ"

Bunu müxalifət lideri Mirhüseyin Musavi internetlə yaydığı bəyanatında deyib.

İyunun 12-də İranda keçirilmiş prezident seçkilərində Mahmud Əhmədinejadın qalib gəldiyi bəyan edildikdən bu yana ölkədə kütləvi etiraz aksiyaları keçirilir.

Nəticələrin saxtalaşdırıldığını deyən müxalifət təkrar seçki keçirilməsini tələb edir.

Dünən polis Tehranda nümayişi dağıtmaq üçün gözyaşardıcı qaz, su və dəyənəklərdən istifadə edib.

Dövlət kütləvi informasiya vasitələrinin məlumatına görə bir nəfər özünü İran İslam İnqilabının lideri Ayatolla Ruhulla Xomeyninin məqbərəsi yanında partladıb.
(məlumatlar videonun altında davam edir. Təqdim olunan video Tehrandakı hadisələrin iştirakçıları tərəfindən lentə alınaraq "YouTube" yüklənib. İranda tətbiq olunan senzura səbəbindən görüntülərdəki hadisələr haqda məlumat almaq mümkün deyil)

Musavi tərəfdarı güllə yarası alır
Gözlə

No media source currently available

0:00 0:05:28 0:00
Direct-ə keçid



Nəticədə iki nəfər ölüb, 8 adamsa yaralanıb.

Dövlət televiziyasının məılumatına görə nümayişçilər bankların pəncərələrini sındırıb, avtobusları yandırıblar.

İranın ali dini lideri Ayatolla Əli Xamenei nümayişlərə son qoymağa çağırıb.

İnqilab Şurası dünən ölkədə yaranmış vəziyyəti müzakirə etmək üçün yığışsa da müxalifət liderləri Mirhüseyin Musaviylə Mehdi Karrubi sesiyanı baykot ediblər.

Şura bülletenlərin 10 faizini yenidən saymağa hazır olduğunu bildirsə də müxalifət bununla razılaşmır.

ABŞ prezidenti Barak Obama İranın hakim dairələrini öz xalqına qarşı güc işlətməməyə, söz və sərbəst toplaşma azadlığına hörmətlə yanaşmağa çağırıb.

Həmçinin Avropa Birliyi hakimiyyəti dinc nümayişlərə müdaxilə etməməyə çağırıb.

Dünən Almaniyada İran müxalifətinə dəstək olaraq nümayiş keçirilib.

Hamburqda etiraz aksiyasına çıxmış minlərlə iranlı təkrar seçki keçirilməsini tələb edib.


TEHRANDA TOQQUŞMALAR DAVAM EDİR


Tehranda polislə müxalifət tərəfdarları arasındakı toqquşmalarda partlayış baş verib.

Partlayış İslam inqilabının lideri Ayətullah Xomeyninin mavzoleyi yaxınlığında törədilib. Terrorçu-kamikadzenin özü həlak olub, iki nəfər isə yaralanıb.

Məlumatı yerli KİV-lər yayıb.

Bundan əvvəl isə Tehranda müxalifətin nümayişini dağıtmaq üçün polis gözyaşardıcı qaz, su şırnaqları və dəyənəklərdən istifadə edib.

Nümayişçilər prezident Mahmud Əhmədinejadın tərəfdarlarının qərargahını yandırıblar.

Müxalifət iddia edir ki, iyunun 12-də keçirilmiş prezident seçkisinin nəticələri saxtalaşdırılıb, nəticələrə yenidən baxılmalıdır.

Rəsmi məlumatlara əsasən isə, seçkini hazırkı dövlət başçısı Mahmud Əhmədinejad udub.

İyunun 19-da İranın ali dini lideri Ayətullah Əli Xamneyi də seçkiləri ədalətli sayıb. O, nümayişlərin dayandırılmasını tələb edib.


XS
SM
MD
LG