Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:25

Kreditə əli çatmayan naxçıvanlılar


Prezident İlham Əliyev Naxçıvanda, 2014
Prezident İlham Əliyev Naxçıvanda, 2014

►"Naxçıvanda iqtisadi fəallıq azdır. Xüsusən kiçik və orta sahibkarlıq yox dərəcəsindədir."

Naxçıvan ölkə üzrə kredit qoyuluşunda ən az payı olan (4.1%) iqtisadi rayondur.

Bu, bir sıra iqtisadi göstəricinin də yetərsiz olmasına gətirib çıxarır. Yetərli kredit qoyuluşu Naxçıvanda biznes və sahibkarlığı irəli aparar, muxtar respublikanın gəlirlərini artırardı. Amma reallıq belədir ki, Naxçıvan dövlət büdcəsindən asılıdır.

Kredit qoyuluşunun regionlar üzrə bölgüsü, faizlə (Bakı daxil deyil. 2015-ci il avqustun 1-nə olan məlumat)

Gəncə-Qazax iqtisadi rayonu - 22,5 %

Naxçıvan iqtisadi rayonu - 4,1 %

Lənkəran iqtisadi rayonu - 8,7%

Şəki-Zaqatala iqtisadi rayonu - 6,5 %

Aran iqtisadi rayonu - 25,3 %

Quba-Xaçmaz iqtisadi rayonu - 7,8 %

Abşeron iqtisadi rayonu - 19,6

Digər iqtisadi rayonlar - 5,5 %

Əhali Naxçıvandan köçür

İqtisadçı ekspert Rəşad Həsənov Naxçıvanda kreditləşmə tempinin zəifliyinin nədən qaynaqlandığını belə əsaslandırır:

“Birincisi, son 10-15 ildə bu bölgədə işçi qüvvəsinin miqrasiyası sürətlənib. Nəticədə, daha gənc və təşəbbüskar, eləcə də önəmli vəsaitə tələbatı olan şəxslər regionu tərk edib. Başqa sözlə, rəsmi qeydiyyatda olan əhalinin, ən azı yarısı hazırda Naxçıvanda yaşamır. İkinci səbəb - biznes mühitinin zəif inkişafıdır. Digər regionlarla müqayisədə Naxçıvanda iqtisadi fəallıq azdır. Xüsusən kiçik və orta sahibkarlıq yox dərəcəsindədir. Nəticədə biznes kreditlərinə də elə bir tələbat yaranmır. Üçüncüsü, Naxçıvanda banklar ciddi şəkildə şəbəkələşməyib. Deməli, kreditlər elə də əlçatan deyil və regiona ayrılan vəsaitlərin həcmi də azdır”.

Buna da bax: Seyran Ohanyan Qarabağa gedib

Az gəlirə az kredit

Ekspert deyir ki, gənc və enerjili əhalinin regionu kütləvi şəkildə tərk etməsi, faktiki olaraq, bölgə əhalisini daha çox dövlət sektorunda çalışmağa və ya iqtisadiyyatdankənar fəaliyyətə meylləndirib:

“Bu insanlar hətta kredit götürmək istəsələr də, onlara daha az məbləğ təklif olunur. Başqa sözlə, Naxçıvanda ümumi kredit məbləğinin azlığı əhalinin azgəlirli olmasından qaynaqlanır”.

XS
SM
MD
LG