Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:06

Çayların daşmasının səbəbi məlum oldu [video]


Arxiv fotosu: Astarada sel
Arxiv fotosu: Astarada sel

Bakının su altında qalan küçələri, regionlarda daşqın, çökən, dağılan yollar - rəsmilər bütün bunlara səbəb yağıntıları göstərir.

Son bir ayda Bakı dairəvi avtomobil yuçqunolunda çatlar yaranıb, Lənkəran-Lerik yolunda uçqun olub, Cəlilabadda yol çöküb. Siyahını artırmaq da olar. Sosial şəbəkələrdə yolların bir yağışa belə tab gətirməyib, çökməsini yolun keyfiyyətsiz olması ilə bağlayanlar az deyil.

Buna da bax:​ Alarda evləri su basıb, bəziləri uçub [video/foto]

AzərAvtoyol Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli yollarda yaranan durumu belə izah edir:

"Qeyri-sabit hava şəraiti, intensiv yağıntılar. Yollardakı vəziyyətin bir başa səbəbi budur. Məsələn, Quba-Xınalıq yolunda - dağ uçub, Lerikdə də eyni vəziyyət yaranmışdı, qaya qırıntılara yolların üzərinə düşmüşdü. Cəlilabad-Soltankənd yolunda isə sürüşmə baş verib. Sürüşmə nəticəsində də yol çökmüşdü. Yəni, yolun çökmə yalnız həmin yolda qeydə alınıb. Durmadan aramsız 15-20 gün yağıntı olub bu Azərbaycan üçün çox ciddi yağıntılardır".

Azərbaycanda yollar neçəyə başa gəlir?

Azərbaycanın dövlət büdcəsindən, eləcə də xarici maliyyə institutlarından Azərbaycanda yolların çəkilməsinə müxtəlif illərdə milyonlarla dollar vəsait xərclənib. Hətta Azərbaycan yol çəkilişinə xərclənən pullara görə dünya ölkələrini belə qabaqlayır. 2012-ci ildə Rusiyanın "Ria news" agentliyi müxtəlif ölkələrdə yolun 1 kilometrinə xərclənən vəsaiti hesablamışdı...

Buna da bax:​ Binəqədidə həyətlər su altında

Məlum olmuşdu ki, 1 kilometr yeni yolun çəkilməsi Rusiyada 17.6 milyon dollara, ABŞ-da 6 milyon dollara, Avropa Birliyi ölkələrində hardasa 7 milyon, Çində isə cəmi 2.2 milyon dollara başa gəlir. Azərbaycanda isə 1 kilometr yol 18 milyon dollara çəkilir. Hətta elə yerlər var ki, bu göstərici 24 milyona da çatır. Başqa sözlə, Azərbaycanda 100 milyon dollara 5.5 kilometr yol çəkilirsə, ABŞ-da bu pula 17 kilometr yol çəkmək olur. Özü də keyfiyyətli. Yol layihələrinə ayrılan vəsaitlərlə bağlı monitorinq aparan iqtisadçı Zöhrab İsmayıl deyir ki, yollardakı vəziyyət korrupsiyanın əlamətidir. Onun fikrincə, ayrılan pulların heç olmasa yarısı yollara sərf olunsaydı 30 illiyə hesablanan yollar bir neçə ilin içində dağılmazdı:

"Yollar təmir olunarkən yağış sularını yollardan kənarlaşdıracaq yağışlıq sistemi tamamilə dağıdılıb. Yollar yenilənərkən, təmir olunarkən, bunlar nəzərə alınmayıb. İlk səbəb yolların özünün keyfiyyətsiz tikilməsidir. Yolun yatağı, bünövrəsi keyfiyyətsizdirsə, düzgün tikilməyibsə bir az yağış kifayətdir ki, yollar çöksün".

AzərAvtoyol Səhmdar Cəmiyyətindən Anar Nəcəfli yolların keyfiyyətsiz olması haqda iddialarla razılaşmır. Bildirir ki, yağışdan sonra yaranan problem Sovet dövründə çəkilən yollarda olub:

"Azərbaycanda inşa olunan avtomobil yollarının çoxu sovetlər dönəmində inşa olunub. Muğanlı-İsmayıllı yolu həmin vaxt inşa olunub, sürüşmə zonasından keçir. Başqa bir - Ağsu aşırımından keçən yol da sürüşmə zonasına düşür. Ümumiyyətlə, Ağsu aşırımından yol olmamalı idi. Ora elə bir yoldur ki, orada tunel olması daha yaxşı olardı. Amma yəqin tunel daha baha başa gəlir deyə, yol çəkiblər. İndi həmin yolun yenidən qurulmasına ehtiyac var. Dövlət büdcəsindən və ya beynəlxalq maliyyə institutlarından nə vaxt vəsait cəlb olunsa, həmin yol o zaman bərpa olacaq. Bakı-Şamaxı yolu da sürüşmə zonasına düşür. İndi hazırda o yolda yenidənqurma işləri gedir. Yolun sürüşmə zonasına düşən hissəsində qabaqlayıcı tədbirlər görülür".

Buna da bax:​ Azərbaycan kəndlərini niyə su basır? [rəylər]

2 yol - birini ermənilər, o birini azərbaycanlılar çəkib

Keçmiş millət vəkili Nazim Bəydəmirli Gədəbəyin Başkənd kəndində iki yol şəkli paylaşıb. Yollardan birini azı 25 il öncə ermənilər çəkib, digərini 2 il öncə azərbaycanlılar. Eyni ərazidə yerləşən hər iki yol işləkdi, amma 2 il öncə çəkilən yol yararsız hala düşüb, digəri isə hələ də istifadə olunur. Nazim Bəydəmirli buna səbəb kimi onu göstərir ki, birinci yolda asfalt yalnız torpağın üzərinə tökülərək çəkilib, digərində isə yağış və su ötürücüləri qoyulandan sonra asfaltlanıb.

Yollar salmışıq, yenə da salacağıq...

Azərbaycan son illər nəqliyyat infrastrukturunun inkişafına 25 milyard ABŞ dolları yönəldib. Baş nazirin müavini Abid Şərifov bu ilin iyulundakı çıxışında deyib ki, bu vəsait Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, 1000 kilometrdən artıq beynəlxalq əhəmiyyətli avtomobil yollarının, dəmiryolların rekonstruksiyası və tamamilə yenilənməsinə xərclənib.

Bu gün - oktyabrın 31-də prezident İlham Əliyev Siyəzəndə yol tikintisinə 7,1 milyon manat ayrılması haqda sərəncam imzalayıb.

Buna da bax:

Erməni və azərbaycanlı inşaatçıların çəkdiyi yolun fərqi
Gözlə

No media source currently available

0:00 0:15:09 0:00

XS
SM
MD
LG