Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:05

Qala - Avtobusun getmədiyi Bakı kəndi


Qalaya gedənlər düşüb 200 metrdən çox yolu payı-piyada gedirlər
Qalaya gedənlər düşüb 200 metrdən çox yolu payı-piyada gedirlər
Qala kəndinə getmək asan deyil. Çünki kəndin öz avtobusu yoxdur. Camaat Türkana, Zirəyə və Pirallahıya gedən avtobuslardan istifadə edirlər.

…1 saat yol gedəndən sonra avtobus dördyol deyilən yerdə saxlayır. Qalaya gedənlər düşüb 200 metrdən çox yolu payı-piyada gedirlər. Camaat danışır ki, problemləri elə birinci yoldan başlayır.

«Harasa getmək üçün gərək səhər tezdən yola çıxasan. Bunun qışı, soyuğu var, çox çətinlik çəkirik».

Kənd sakinləri danışır ki, Qalada Tarix Etnoqrafiya Muzeyi açılanda kəndə 350 saylı marşrut avtobus açıbmışlar. Çünki həmin açılışda prezident İlham Əliyev də iştirak edirmiş. 1-2 aydan sonrasa həmin avtobusu gördüm deyən olmayıb

Burda hər məhəllədə su maşını görmək olur
«Prezident gələndə, avtobus 2 ay işlədi, sonra işləmədi. Yığışdırdılar. Çox əziyyət çəkirik, bu qədər yolu piyada gedib gəlmək asan məsələ deyil».

Kəndin problemləri təkcə yolla qurtarmır. Burda hər məhəllədə su maşını görmək olur. Valid Məmmədov deyir ki, 10 manata aldıqları bir maşın su onlara heç bir ay çatmır:

Kəndin işıq, qaz, işsizlik problemi də əvvəlki kimidir.

Sahib Əliyev deyir ki, 14 ildir o qaz üzü görmür:

Qalada camaat qədimlərdə olduğu kimi indi də heyvandarlıqla məşğul olur
«Deyirlər bu kənddə qaz var, ancaq mən onu 14 ildir axtarıram;

İşsizlikdən cavanlar baş götürüb gedir. Yerdə qalan da başını birtəhər girləyir;

Nə qaz var, işıq gedir, gərək rəhbərlik bir iş görsün, su yoxdur, «turba» tökdülər, nə çəkən oldu, nə bir şey o da seçki vaxtıydı. Təqaüd pulumla su alıram...»

Tarixi abidələr kəndin hər yerinə səpələnib
Qala tarixi ənənələri zəngin olan kənddir. Tarixi abidələr kəndin hər yerinə səpələnib. 1624-cü ildə tikilmiş türbə, 18-ci əsrin yadigarı sərdabə, ovdan, muzeylər köhnə məhəllələrin qalıqları əsl muzeydir. Kəndin 159 hektar ərazisi qoruq sayılır. 3000 əhalisi olan kənd camaatından 1500-dən çoxu qoruq ərazidə yaşayır.

Qalada camaat qədimlərdə olduğu kimi indi də heyvandarlıqla məşğul olur. Qala qoyunları həmişə Azərbaycanda məşhur olub. Deyirlər ki, Qala qoyunları çəkidə ağır, yunu çox olur.

Qala sakinləri onu da deyirlər ki, problemlərimiz çox olsa da, ümidimizi itirmirik. 16-cı əsrdən bu kəndi bu günə qədər qoruyub saxlaya bilmişiksə, demək hələ də nəsə etmək olar.

Həmçinin bax:

Qala kəndindən fotosessiya


Hökməlinin 5 fərqi…

Maştağada dəyişiklik gözləyirlər

Nardaranlılar: «Referendumda gərək bir məsələ müzakirəyə çıxarılaydı»
XS
SM
MD
LG