Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:27

V.Havel: “Neft insan haqlarından üstün tutulmamalıdır”


Çex Respublikasının keçmiş prezidenti Vaslav Havel "Azadlıq" radiosunun Praqdakı ofisində, 27 mart 2009
Çex Respublikasının keçmiş prezidenti Vaslav Havel "Azadlıq" radiosunun Praqdakı ofisində, 27 mart 2009
Çex Respublikasının keçmiş prezidenti Vaslav Havel İranda seçkinin saxtalaşdırılmasına qarşı çıxan mitinqçilərlə həmrəy olduğunu bildirir. Dünyada insan haqlarının ən fəal müdafiəçilərindən olan Havelin müsahibəsini təqdim edirik:



- Cənab prezident Siz deyibsiz ki, Mahmud Əhmədinejatın yenidən prezident seçilməsi təhlükəlidir. Niyə?

- Mən onu mediadakı çıxışlarından tanıyıram. Bunlar çox həyəcanverici çıxışlardır. Mən onalrın yaratdığı təşvişi başa düşürəm.

Onu da əlavə etməliyəm ki, mən mədəniyyətlər, dinlər ya da sivilizasiyalar arasında münaqişə hiss etmirəm. Daha çox insan ehtirasları hiss edirəm.

Çox sayda texniki kəşflər, o cümlədən dağıdıcı kəşflər, nüvə silahları olan bir dövrdə bu cür ehtiras olduqca təhlükəlidir.

Bu cəhətinə görə insan ehtirası orta əsrlərdən də, ondan əvvəlki dövrlərdən də təhlükəlidir. Ona görə də hesab edirəm ki, onun çıxışlarının yaratdığı təşviş əsaslıdır.

- Yəqin ki, Tehranda və başqa şəhərlərdə gedən mitiqləri izləyirsiniz. Çoxları hesab edir ki, bu seçki saxtalaşdırılıb. Sizin bu barədə fikriniz necədir?

- Əlbəttə, mən bunu yoxlaya bilmərəm. Amma saxtalaşdırma mümkündür. Belə şeylər olur. Mən yalnız buna etiraz edən mitinqçilərə rəğbət bəsləyə bilərəm, ümid edə bilərəm ki, onalara divan tutmayacaqlar.

- Sizcə, dünya, xüsusilə də Avropa ölkələri hadisələrə necə reaksiya verməlidirlər?

- Hesab etmirəm ki, məsləhət verməliyəm. Amma əlbəttə, bu rejimi təcrid etməyin çoxlu yolları var. Elə tədbirlər görülməlidir ki, bunun İran xalqına deyil, hakimiyyətdəkilərə qarşı olduğu açıq-aşkar hiss edilsin.

İnsan haqları uğrunda mübarizə aparan tələbələrlə və başqaları ilə həmrəyliyin nümayiş etdirilməsi də vacibdir. Ümumi şəkildə desəm, neft insan haqlarından üstün tutulmamalıdır.

- Iranda çoxları Sizi yaxşı tanıyır və hörmət edir. Onlara birbaşa nə demək istəyirsiniz?

- Onlara demək istəyirəm ki, mən sizinlə həmrəyəm. Əgər indiki cəhdləri dərhal nəticə vermirsə, ruhdan düşməsinlər. Bu mübarizə olduqca vacibdir, onun gözəl nəticələri sonra olur, amma vaxtını demək mümkün deyil. Nəticələrin necə və nə vaxt olacağını Allah bilir. Ən azı öz təcrübəmiz əsasında bunun belə olacağını deyə bilərəm.

- Çox sağ olun.
XS
SM
MD
LG