Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:32

QHT-lər Türkiyə ictimaiyyətini parlamentə təsir etməyə çağırırlar


Milli QHT Forumunun rəhbəri Rauf Zeyni
Milli QHT Forumunun rəhbəri Rauf Zeyni
Oktyabrın 16-da Azərbaycanda fəaliyyət göstərən QHT-lər bir araya gələrək sərhədlərin açılmasını əngəlləmək üçün Türkiyə ictimaiyyətinə müraciət qəbul ediblər.

Müraciətdə Türkiyə ictimaiyyəti Ankara ilə Yerevan arasında imzalanmış protokollara Böyük Millət Məclisində «yox» deyilməsinə nail olmağa cağırılır.

Sənəddə deyilir ki, Azərbaycan ictimaiyyəti Türkiyə ictimaiyyəti ilə bir yerdədir. Amma Türkiyə iqtidarı da Ermənistanla sərhədlərin açılmasına yol verməməlidir.

Milli QHT Forumunun rəhbəri Rauf Zeyni hesab edir ki, Ermənistanla sərhədləri açsa, Türkiyə işğalçı dövləti dəstəkləmiş olacaq:

«Azərbaycan xalqı Dağlıq Qarabağ sorunu çözülmədən Türkiyə–Ermənistan sərhədlərinin açılmasını istəmir. Çünki bu halda sanki Türkiyə işğalçı bir dövləti dəstəkləmiş olur. Bu isə Ermənistanın öz təcavüzkar niyyətlərini daha da artırmasına gətirib çıxara bilər».

QHT-lər Türkiyənin Baş naziri Ərdoğanı Dağlıq Qarabağ işğaldan azad olunmayınca, Türkiyə –Ermənistan sərhədlərinin açılmayacağı barədə Bakıda verdiyi sözə sadiq qalmağa çağırıb.

Bununla yanaşı, hüquq müdafiəçisi Çingiz Qənizadə Türkiyə rəhbərlərinin şəkillərinin yandırılması və sair bu kimi halları pisləyib.

Oktyabrın 10-da İsvesçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair 2 protokol imzalanıb. Həmin protokolların parlamentdə müzakirəsi nəzərdə tutulur. Əgər sənədlər Böyük Millət Məclisində ratifikasiya edilsə, bundan sonra 2 ay müddətində Türkiyə-Ermənistan sərhədləri açılmalıdır.
XS
SM
MD
LG